Bakı Avrasiya Universiteti və AMEA Nəsimi adına Dilçilik İnstitutunun
birgə təşkilatçılığı ilə 17 may 2024-cü il tarixində keçiriləcək
Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş
“Məhəmmədəmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” adlı
Respublika Simpoziumu
17 may 2024-cü il, Bakı
Müraciət və qeydiyyat:
Simpoziumun təqvimi
• Xülasə və məqalə təqdim etmək üçün son tarix: 15 aprel 2024-cü il
• Proqramın elanı: 05 may 2024-cü il
• Konfransın keçirilməsi: 17 may 2024-cü il
Simpoziumda iştirak
• Simpozium Bakı Avrasiya Universitetində keçiriləcəkdir
Tədqiqat sahələri/ Simpoziumun əhatə dairəsi
Simpoziumda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
I bölmə. Məhəmmədəmin Rəsulzadə və ana dili məsələləri
1. Məhəmmədəmin Rəsulzadə millətimizin və dilimizin mənşəyi haqqında
2. Məhəmmədəmin Rəsulzadə əsərlərinin dili
3. Məhəmmədəmin Rəsulzadə ana dilimizin qoruyucusu kimi
4. Məhəmmədəmin Rəsulzadənin əsərləri əcnəbi dillərdə
II bölmə. Məhəmmədəmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı məsələləri
1. Məhəmmədəmin Rəsulzadənin bədii yaradıcılığı
2. Məhəmmədəmin Rəsulzadə və klassik Azərbaycan ədəbiyyatı
3. Məhəmmədəmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərinə yeni baxış
4. Məhəmmədəmin Rəsulzadənin redaktorluq fəaliyyəti, publisistikası, Məhəmmədəmin Rəsulzadə (surəti) bədii ədəbiyyatda
III bölmə. Məhəmmədəmin Rəsulzadə və Azərbaycan tarixi məsələləri
1. Məhəmmədəmin Rəsulzadənin həyatına baxış, onun dövlətçilik baxışları və fəaliyyəti
2. Məhəmmədəmin Rəsulzadənin Azərbaycan tarixi üzrə əsərləri
3. Məhəmmədəmin Rəsulzadə və Azərbaycanın qədim dövr tarixi
4. Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərinə yeni baxış
Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir.
Xülasə və məqalənin yazı qaydaları:
Xülasə 150-200 söz, 12 şrift (Times New Roman), 1,5 aralıqla Azərbaycan və ingilis dillərində göndərilməlidir. Xülasənin sonunda 5-10 açar söz göstərilməlidir.
Tam mətn 5-6 səhifə, 12 şrift (Times New Roman), 1,5 aralıqla xülasə də daxil olmaqla, Azərbaycan və ingilis dillərində göndərilməlidir.
Müraciət forması
• Word formatında yazılmış məqalə və xülasələr 15 aprel 2024-cü il tarixinədək MResulzade140.AMEA@baau.edu.az ünvanına göndərilməlidir.
• Məqalə qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək.
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• Mətnin kənar boşluqları – 2 sm
• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir.
• İstinadlar və ədəbiyyatlar APA stilində olmalıdır.
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materiallarında yer verilməyəcəkdir.
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: (+994 12) 564-63-67
E-mail: MResulzade140.AMEA@baau.edu.az
YÜKLƏ
Şrifti böyüt:
Çap et