Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

ELMİ KATİB

AYNEL ƏNVƏR QIZI MƏŞƏDİYEVA

Dilçi - filologiya elmləri üzrə fəlsəfə doktoru (2004-cü il), dosent, ixtisas - Türk dilləri Dil nəzəriyyəsi . Ali təhsilli. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Aynel Ənvər qızı Məşədiyeva 1977-ci il iyul ayının 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDU-nun magistraturasına qəbul olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü ilin sentyabrında “Türk dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində 2000-ci ildən 2005-ci ilə qədər kiçik elmi işçi, 2005-2008-ci ilə qədər elmi işçi, 2008-ci ildən indiyədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır. 2013-cü ilin noyabr ayından AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsində çalışır.

 

A. Ə. Məşədiyeva 2011-ci ildə elmlər doktoru hazırlığı ilə 5710.01 – Türk dilləri ixtisası üzrə dissertanturaya qəbul edilmişdir.

Doktorluq dissertasiyası Türk dillərində feilin şəxssiz formalarının müqayisəli-tarixi tədqiqinə, onların türk dillərinin dialekt və şivələrində, qədim türk yazılı abidələrində təsvirinə və bu formaların oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur.

 

  Prof. R. Rüstəmovun “Türk dilinin morfologiyası” (Bakı, “Nurlan”, 2007) adlı monoqrafiyasının və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının 2014-cü ildə “ Türk dili” və “Türk ədəbiyyatının tarixi” fənləri üzrə 2 dərs proqramlarının, habelə “Türk dillərində modallıq: ifadə planında (oğuz qrupu türk dilləri əsasında)”, “İngilis və Azərbaycan dillərində məişət leksikası”, “İngilis və Azərbaycan dillərində etnoqrafizmlər və etnoqrafik komponentli frazeoloji vahidlər”, “Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi”, İxtisarlar lüğəti”, “Müasir türk dili: Tərcümənin linqvistik problemləri, “İmadəddin Nəsiminin dili və üslubu (Azərbaycan türk “Divan”ının materialları əsasında)”, “Azərbaycan dilində ikihecalı sadə feillər” adlı kitab və monoqrafiyaların rəyçisi olmuşdur.

 

Dilçilik İnstitutunun “Salam Azərbaycan!” layihəsi çərçivəsində Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq nəşr olunan A, B1 və B2 səviyyələri üzrə tədris vəsaitlərinin (rus dili bazası üzrə) redaktorudur.

İnstitutun “Dilçilik araşdırmaları”, “Tədqiqlər”, “Türk dilləri araşdırmaları”, Bakı Dövlət Universitetinin “Türk filologiyası” və Türkiyənin Dərgipark platformuna daxil olan “Oğuz Türkçesi Araştırmaları Dergisi” indeksli beynəlxalq jurnallarının Redaksiya Heyətinin üzvüdür.

Bir çox müxtəlif Beynəlxalq və respublika miqyaslı elmi konfrans və simpoziumlarda çıxışlar etmişdir. Həmçinin, Avropa ölkələrində (İtaliyada, İspaniyada, Şimali Kiprdə) keçirilən Beynəlxalq konfranslarda tərcüməçi kimi iştirak etmişdir.

Moskvada keçirilmiş “Материалы II международной научно-практической конференции «Наука в современном мире», 30 июля, 2010” konfransda, Niderland krallığının Kranendonk şəhərinə keçirilmiş “İnternational scientific journal “Global Science Communications”, Matters of international scientific internet conference: “Current scientific problems 2011”- 24-31 January 1(7) 2011, Cranendonck, Netherlands” konfransda, Almaniyada keçirilmiş European Science and Technology: 7th International scientific conference”, Germany, Munich, Vol. II, Munich, April 23th – 24th, 2014, publishing office Vela Verlag Waldkraiburg” konfransda v ə İngiltrədə keçirilmiş “2nd International scientific-practical conference «Innovations in science, technology and the integration of knowledge» 27 February — 2 March 2015, London, Belfort's Information Press Ltd, UK” və başqa nüfuzlu konfranslarda iştirakına görə Beynəlxalq dərəcəli   Sertifikat almışdır.

 

İnstitutda işlədiyi müddətdə nüfuzlu Beynəlxalq və respublika miqyaslı türkoloji elmi konfrans, forum və simpoziumlarda yüksək səviyyədə çıxışlar etmişdi. 2008-ci il oktyabr ayının 20-25-dək Ankarada keçirilmiş VI Uluslararası Türk Dil Qurultayında, 2017-ci il sentyabr ayının 25-28-dək Rumıniyanın Buxarest şəhərində keçirilmiş XII Böyük Türk Dil Qurultayında, 2018-ci il sentyabr ayının 25-28-dək Polşanın Varşava şəhərində keçirilmiş XIII Böyük Türk Dil Qurultayında, 2019-cu il sentyabr ayının 26-27-dək Bakıda keçirilmiş XIV Böyük Türk Dil Qurultayında 2020-ci il may ayının 27-də Kanadanın Toronto şəhərində keçirilmiş «Science. Education. Practice» adlı Beynəlxalq onlayn universitet elmi forumunda iştirak edib, sertifikatla təltif olunmuşdur.

 

135 elmi və elmi-publisistik məqalələrin, o cümlədən 7 kitabın müəllifidir: 4 monoqrafiyanın (2004-cü ildə “Türk dillərində ahəng qanununun formal təsviri”, 2016-cı ildə Türk dilllərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi аspektdə)”, 2017-ci ildə Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”, 2018-ci ildə “Türk dillrind məsdərlər və ə feili isiəsmlr” adlı monoqrafiyalar çapdan çıxmışdır) müəllifi, “Türk dillərinin tarixi-müqayisəli leksikologiyası” (II cild, Bakı, 2008), Rusiyanın Moskva şəhərində çap olunmuş «Избранные вопросы современной науки» (часть 4, 31 октября, 2011 г., г. Москва, издательство «Перо»), “Türk dillərində feilin təsriflənməyən formaları” (“Azərbaycan dilinin qrammatikası. III cild. “Morfologiya”, Bakı: Elm, 2020) kimi fundamental kollektiv əsərlərin həmmüəllifidir.

 

Elmi əsərlərinin 40-ı xarici beynəlxalq elmi jurnallarda nəşr edilmişdir (Rusiya, Niderlandın Kranendonk şəhəri, Türkiyə, Almaniya, Qazaxıstan, İngiltərə, İtaliya, İran, Hindistan, Fələstin, ABŞ, Çexiya, Polşa, Kanada, Tiflisdə ).

2000-2001-ci və 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsində türk dili və ədəbiyyatından, 2006-2007-ci illərdə isə Tarix fakültəsində türk dili fənnindən dərs demişdir. A.Ə.Məşədiyeva həmçinin 2016-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun magistraturasında “Müasir türk dilləri” fənnindən dərs demişdir.

7 mart 2017-ci il tarixində Beynəlxalq Qadınlar Günü münasibətilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Həmkarlar Təşkilatının sədri fil.e.d. Sevinc Əliyeva tərəfindən “Uğurlu elmi və ictimai fəaliyyətinə görə” fəxri fərmanla təltif olunmuşdur.

2 fevral 2018-ci il tarixində institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.

6 mart 2020-ci il tarixində Beynəlxalq Qadınlar Günü münasibətilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Həmkarlar Təşkilatının sədri fil.e.d. Sevinc Əliyeva tərəfindən “Uğurlu elmi və ictimai fəaliyyətinə görə” fəxri fərmanla təltif olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.