“Türkologiya” jurnalının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 2023-cü il ilk nömrəsi çap olunub

Şrifti böyüt:
Çap et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamı rəhbər tutaraq “Türkologiya” jurnalı özünün 2023-cü il ilk sayı Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr etmişdir.

Jurnalın bu nömrəsindəki müxtəlif mövzulu məqalələrdə Ulu Öndərin dil, ədəbiyyat, tarix, etnoqrafiya, xarici siyasət, incəsənətdə gördüyü əvəzolunmaz işlər barədə söhbət açılır.

Həmçinin 2023-cü ilin ilk nömrəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Makedoniya, Macarıstan alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub.

Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Dil və ədəbiyyat əlaqələri”, “Dilçilik tarixi”, “Türkologiyanın klassikləri” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.

“Personalia” rubrikasında isə Platon Melioranskinin 155, Bəkir Çobanzadənin 130 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.

Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.