“İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi  nəşr olunub.

Şrifti böyüt:
Çap et

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi  nəşr olunub. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyeva, rəyçilər professor Qəzənfər Kazımov və professor Mirvari İsmayılovadır. Lüğətin tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

Lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2000 yeni termin toplanmışdır. Hər bir terminin etimologiyası və geniş izahı verilmişdir.