Günel Mirzəyevanın “Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyytətləri” kitabı çap olunub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparici elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Müstəqillik dövrü Azərbaycan poeziyasının dil və üslub xüsusiyytətləri” adlı monoqrafiyası çap olunub.
“Elm və Təhsil”nəşriyyatında nəşr olunan əsərin elmi redaktorları filologiya üzrə elmlər doktoru mərhum Məhəbbət Mirzəliyeva və professor Sayalı Sadıqovadır. Rəyçilər dosentlər Həbib Mirzəyev və Elçin İbrahimovdur.
Monoqrafiyda həm sovet dövründə, həm də müstəqillik illərində yazıb-yaratmış şairlərimizin poeziyası linqvokulturoloji aspektdə təhlil edilmişdir.
Kitab üç fəsildən ibarətdir. Fəsillərdə müstəqillik dövrü Azərbaycan şeirinin dil özəlliyi, qrammatik, leksik-semantik, üslubi və frazeoloji xüsusiyyətləri araşdırılmışdır. Azərbaycan poeziyasında Qarabağ, multukulturalizm, əbədilik, məhəbbət , xeyir-şər konseptləri fəqrləndirilmiş, imla qaydaları və durğu işarələri məsələləri konkret nümunələr tərkibində nəzərdən keçirilmişdir.
Kitab filoloqlar, dilçilər, şair və yazıçılar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.