Şrifti böyüt:
Çap et
Professor Sayalı Sadıqovanın 65 illik yubileyidir.
İyunun 22-də tanınmış dilçi alim, Terminologiya Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın 65 yaşı tamam olur. 65 illik şərəfli ömür yolu, zəngin elmi fəaliyyət və pedaqoji təcrübə gənc tədqiqatçılar üçün nümunə, Azərbaycan dilçiliyi üçün isə böyük sərvətdir. Sayalı xanımı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və elmi nailiyyətlər arzu edirik.