Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.01.2022

“Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili”
(“Dağılan tifaq”pyesi əsasında)

AMEA Nəsimi adına Dilçilik İnstitutunun professoru, Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi Qəzənfər Kazımovun “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” (“Dağılan tifaq”pyesi əsasında) kitabı çap olunub.
Kitab Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibətilə təkrar nəşr edilib.
Monoqrafiyanın elmi redaktoru Əbdüləzəl Dəmirçizadə, rəyçilər filologiya elmləri doktoru, professor Zeynal Tağızadə və dosent İsmayıl Əfəndiyevdir.
Kitab Əbdürrəhim bəy Haqverdiyevin dram dilinin tədqiqinə həsr olunmuşdur. Ədibin “Dağılan tifaq” pyesi əsas götürülmüş, yeri gəldikcə digər pyeslərin dilinə də müraciət edilmişdir. Əsərin əvvəllərində ilk dəfə olaraq yazıçının dil məsələlərinə münasibəti, “Dağılan Tifaq” pyesinin dil materialı əsasında dramaturqun xalq dilindən istifadə ustalığı, əsərin leksik, frazeeoloji və qrammatik –üslubi xüsusiyyətləri öyrənilmişdir. Sonda pyesin lüğəti verilmiş, sözlərin mənşəyi və işlənmə kəmiyyəti göstərilmişdir.
Monoqrafiyada yazıçının pyeslə bağlı elmi təhlilləri “ Ə.Haqverdiyev və ədəbi dilimiz”, “Yazıçı duyğusu, dilçi əməliyyatı”, “Leksik və üslubi-semantik xüsusiyyətlər”, “Dram dilinin frazeologiyası” və “Üslubi-qrammatik xüsusiyyətlər” adlı fəsillərdə öz əksini tapmışdır.
Monoqrafiya “Elm və təhsil” nəşriyyatında çap olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.