Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.01.2022

“Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiqlənib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
Elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli iclasın gündəliyində Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Türkologiya” jurnalının redaksiya heyətinin təsdiq edilməsi məsələsinin durduğunu diqqətə çatdırıb. Nadir Məmmədli jurnalın türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1993-ci illərdə SSRİ EA-nın müxbir üzvü Əthəm Tenişev, 1993-2015-ci illərdə akademik Ağamusa Axundov, 2015-ci ildə akademik Tofiq Hacıyev, 2016-cı ildən 2022-ci ilə qədər akademik Kamal Abdulla “Türkologiya” jurnalının baş redaktorları olub.
Hazırda jurnalın mütəmadi şəkildə ildə iki sayı Azərbaycan, türk, rus və ingilis dillərində işıq üzü görür. “Türkologiya” jurnalı təkcə türkoloqlar üçün deyil, bütün elm sahələrinin nümayəndələri üçün maraqlı və oxunaqlı etməyi qarşısına məqsəd qoyub.
Sonra Elmi şuranın qərarı ilə professor Nadir Məmmədli “Türkologiya” jurnalının baş redaktoru, filologiya elmləri doktoru Mayıl Əsgərov baş redaktorun müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Qəribli isə məsul katib vəzifəsinə təsdiq olunub.
Akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Nizami Cəfərov, professorlar Rüfət Rüstəmov, Mahirə Hüseynova, Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktorları İlhami Cəfərsoy, Zemfira Əliyeva və başqaları redaksiya heyətinin tərkibinə daxil ediliblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.