Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.11.2021

Dilçilik İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycan xalqının tarixi qələbəsi” adlı onlayn tədbir keçirilib. Öncə Vətən müharibəsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan müəssisənin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan ərazi naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.
Baba Məhərrəmli çıxışında Vətən müharibəsi şəhidləri və qazilərin ailələrinə göstərilən dövlət qayğısından da bəhs edib.


Tədbirdə, həmçinin İnstitutunun elmi katibi dosent Aynel Məşədiyeva, şöbə müdirləri professorlar Sayalı Sadıqova, İlham Tahirov , dosent Kifayət İmamquliyeva bildiriblər ki, Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan qovmağa başladı. Hakimiyyət, ordu və xalq birliyi öz sözünü dedi. Hər keçən gün bizi parlaq qələbəyə yaxınlaşdırdı.
Tədbirdə mətbuat xidmətinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində doğulduğu Zəngilan rayonu da işğaldan azad olunub.
T.Şükürlü bildirib ki, bu gün Zəngilanda aparılan tikinti-quruculuq işləri Azərbaycanın gücünü göstərir. Zəngilanda ilk “Ağıllı kənd” və “Ağıllı məktəb”in yaradılması insana başqa fəxarət duyğusu yaşadır. Bu gün Zəngilan özünəqayıdış dönəmini yaşayır. Otuz illik əsarətdən qurtularaq canlanır, real həyata qayıdır.
Tədbirdə Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Vaqifqızı Böyük Zəfərdə Azərbaycan qadınının rolu, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, sağlıqlarını itirən qazilərimizi, qəhrəman əsgərlərimizi dünyaya gətirən, onalara vətən sevgi, torpağa, millətə sevgi hissi aşılayan analarımız haqqında danışıb.
Sonda çıxış edənlər vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə regiona və dünyaya daha böyük zəfərlər vəd edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.