Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.10.2021

Elmi seminar: Nizami Gəncəvi əsərlərinin Azərbaycan dilinə tərcümələrinin dili

Oktyabrın 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Nizami Gəncəvi əsərlərinin Azərbaycan dilinə tərcümələrinin dili” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli elmi seminarın Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. B.Məhərrəmli qeyd edib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olmaqla zəngin biliklər zirvəsidir. Dünyanın müxtəlif kitabxanalarında Nizaminin əsərləri qorunub saxlanılır, qəzəlləri, poemaları ayrı-ayrı dillərə tərcümə edilir. Bu, şairin əsərlərinin mütaliə dairəsinin geniş olduğunu göstərir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb.

Tədbirdə professor Sayalı Sadıqova “Nizami Gəncəvinin əsərlərinin terminoloji leksikası”, professor İlhami Cəfərsoy “İtaliyanın Qum kahinləri və Gəncəvinin əcdadları”, dosent Qüdsiyyə Qəmbərova “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının iki tərcüməsində üslubi neologizmlər” və dosent Kubra Quliyeva “Nizamin söz xəzinəsində işlənmiş kosmonimlər” mövzularında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.