Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.10.2021

ELMİ ŞURANIN ONLAYN İCLASI KEÇİRİLİB

Oktyabrın 20-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, fil.ü.f.d., dos. Baba Məhərrəmli gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib. Nobel mükafatı və laureatları haqqında danışan dos. Baba Məhərrəmli 2021-ci ilin qalibləri haqqında məlumatı Şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra dos. Baba Məhərrəmli institut əməkdaşlarının işə davamiyyəti və şöbələrdə plan işlərinin icrası haqqında məlumat verib.
Hind-Avropa dilləri, Türk dilləri, Kompüter dilçiliyi şöbələri üzrə boş olan aparıcı elmi işçi, Sosiolinqvistika və psixolinqvistika və Terminologiya şöbələri üzrə boş olan elmi işçi vəzifəsinə elan olunmuş müsabiqədə iştirak edən əməkdaşlar haqqında institutun elmi katibi, fil.ü.f.d., dos. Aynel Məşədiyeva məlumat verib. Seçkilər açıq səsvermə yolu ilə keçirilmişdir. Daha sonra dos. Aynel Məşədiyeva 2021-ci ilin elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar və 2021-ci il qış sessiyası doktorluq imtahanlarının keçirilməsi üçün yaradılmış komissiyaların tərkibini Elmi Şuranın üzvlərinin diqqətinə çatdırıb. Komissiyalar Elmi Şura tərəfindən təsdiq olunub. Sonda cari məsələlərə baxılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.