Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
03.09.2021

Akademik Möhsün Nağısoylu-75

ŞƏRQŞÜNAS, ƏLYAZMAŞÜNAS VƏ DİLÇİ ALİM

Azərbaycanda şərqşünaslığın, əlyazmaşünaslığın, ədəbi dil tarixinin, bütövlükdə dilçiliyin tədqiqi sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Möhsün Nağısoylunun sentyabrın 1-i 75 yaşı tamam olur. Alimin çoxşaxəli elmi yaradaıcılığı, xüsusilə farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsindəki elmi fəaliyyəti filologiya elminə öz töhfələrini vermiş, onun zənginləşməsi, təkmilləşməsi işinə xidmət etmişdir.
Uzun müddət AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışan, hazırda isə AMEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən Möhsün Zellabdin oğlu Nağısoylu Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyasını fərqlənmə diplomu ilə bitirərək, fakültənin elmi şurasının zəmanəti ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına daxil olmuş, 1979-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunda namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Möhsün Nağısoylunun elmi rəhbəri görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanov idi.
Respublikamızın tanınmış şərqşünas-mətnşünas alimləri sırasında olan akademik Möhsün Nağısoylunun elmi fəaliyyətinin ən məhsuldar dövrü müstəqillik illərinə təsadüf edir. Son zamanlar alimin orta əsrlər Azərbaycan-türk yazılı abidələrinə, xüsusilə də klassik tərcümə əsərlərinə həsr etdiyi neçə-neçə sanballı elmi monoqrafiyası işıq üzü görmüşdür.
Möhsün Nağısoylunun elmi araşdırmaları yeniliyi, sistemliliyi və ardıcıllığı ilə seçilir.Tədqiqat obyekti olaraq seçdiyi əlyazmaların çoxu orta əsrlərdə fars dilindən tərcümə edilmişdir və ilk dəfə məhz onun tərəfindən elmi camiaya tanıdılmış, əhatəli olaraq araşdırılmışdır. Onun XV əsr tərcümə abidələrindən Şirazinin “Gülşəni-raz”ı və Əhmədinin “Əsrarnamə”sinə, sonrakı yüzilliyin yadigarları olan Nişatinin “Şühədanamə” və Həzininin “Hədisi-ərbəin” əsərinə həsr etdiyi filoloji-tekstoloji araşdırmaları xüsusilə əhəmiyyətlidir.
Klassik tərcümə və əlyazma əsərlərinin öyrənilməsi, sistemli şəkildə tədqiqi ilə məktəb yaradan akademik Möhsün Nağısoylunun elmi araşdırmalarında linqvis-tik mətnşünaslıqla bağlı məsələlərin tədqiqi də xüsusilə qeyd olunmalıdır. Akademik həm də bacarıqlı və istedadlı, məsuliyyətli tərcüməçi kimi də tanınır. Sədrəddin Bəlağinin “Quran qissələri” kitabının, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirr bağçası”) adlı fəlsəfi məsnəvisinin dilimizə tərcümələri öz orijinallığı və dilinin sadəliyi, gözəlliyi ilə seçilir.
Akademik Möhsün Nağısoylu indiyədək bir neçə orta əsr yazılı abidəsini ilk dəfə nəşrə hazırlamışdır. Onlar sırasında irihəcmli 932 səhifəlik nəhəng “Şeyx Səfi təzkirəsi”, 680 səhifəlik “Şühədanamə” kimi fundamental əsərlərin adını çəkmək olar.
Müxtəlif elm-təhsil müəssisələrinin müdafiə şuralarınınsının iclaslarında, ayrı-ayrı elmi konfranslarda, müxtəlif tədbirlərdə iştirak edən akademik öz çıxışlarının elmiliyi, səliq məntiqi, dəqiqliyi və obyektivliyi ilə seçilir.
Akademik Möhsün Nağısoylu vaxtilə akademiyanın həqiqi üzvlərindən Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev kimi görkəmli və nüfuzlu dilçi alimlərin rəhbərlik etdiyi və yaranmasının 75 illik yubileyini qeyd edən Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsində çalışdığı gündən yüksək savadı, mədəniyyəti və zəngin mənəvi keyfiyyətləri ilə kollektivin böyük əksəriyyətinin hörmət və nüfuzunu qazanmışdır. Onun fəaliyyəti dövründə «Azərbaycan dilinin orfoqrafiya lüğəti»i çap edilmiş, «Azərbaycan dili orfoepiyası»nın yeni qaydaları işlənib hazırlanmışdır. Bölgələr üzrə nəşr olunan «Azərbaycan dilinin dialektoloji atlası»nın Naxçıvan dialektoloji atlası «Azərbaycan dialektologiyası» çap edilmiş, Qarabağ dialektoloji atlası artıq nəşrə tam hazır vəziyyətə salınmışdır. Bu atlasın hazırlanmasında şöbə əməkdaşları ilə birgə ekspedisiyalarda akademik Möhsün Nağısoylu da yaxından iştirak etmişdir.
Çalışqanlığı, zəhmətkeşliyi ilə gənc alimlərə nümunə olan və böyük bir gənc alim orudusu tərəfindən sevilən akademikin rəhbərliyi altında 4 elmlər doktoru və 21 fəlsəfə doktoru müdafiə etmişdir. Alim 55 kitabın müəllifi, mütərcimi və tərtibçisi, 500-ü aşan məqalənin müəlliifidir.
Xeyirxah və nəcib insan, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 75 yaşı tamam olur. Hörmətli akademiki bu münasibətlə geniş elm ictimaiyyəti, xüsusən də rəhbərlik etdiyi institut əməkdaşları adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni elmi nailiyyətlər arzulayırıq.

Təhsil şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.