Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

8.12.2014

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda professor Qulu Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi

AMEA-nın Nəsimi adına Dilçilik institutunda görkəmli jurnalist, istedadlı alim və ictimai xadim, professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi qeyd olunub.
Yubiley toplantısını giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev professor Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, jurnalistikamızın, televiziya sənətinin və milli jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib. O bildirib ki, müstəqillik illərində yeni jurnalistikanın formalaşmasında, televiziya publisistikasının inkişafında misilsiz xidmərlər göstərmiş Q.Məhərrəmli milli jurnalistika elmi məktəbinin əsaslarının yaradılmasında da böyük rol oynayıb.
Yubilyarı jurnalistika şöhrətinin kölgəsində qalmış istedadlı dilçi alim kimi qiymətləndirən görkəmli lüğətşünas alim, professor Oruc Musayev bildirib ki, Qulu Məhərrəmlinin media və dil sahəsindəki araşdırmaları Azərbaycan dilçilik elminin hüdudlarını genişləndirib və bununla da dilçiliyimizdə tamamilə yeni elmi istiqamətin əsasını qoyub. O, həmçinin professor Q.Məhərrəmlinin lüğətçilik sahəsindəki fəaliyyətini, dilçiliyə dair monoqrafik əsərlərini yüksək qiymətləndirib.
İnstitutun lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədov Azərbaycan televiziyası və radiosunun tarixinin yazılması, ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi, müstəqil jurnalistika konsepsiyasının formalaşdırılması sahəsində Q.Məhərrəmlinin məhsuldar fəaliyyətinə toxunub. Azərbaycan Terminologiya Komitəsinin sədr müavini, professor Sayalı Sadıqova çıxışında qeyd edib ki, professor Qulu Məhərrəmli təkcə praktik jurnalist deyil, həm də jurnalistika elmimizin parlaq təmsilçisi, media məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, dərsliklərin və izahlı lüğətlərin müəllifi, öz təcrübəsini gənclərə həvəslə öyrədən nüfuzlu pedaqoqdur.
Dilçi alimlərdən İlhami Cəfərsoy, İlham Tahirov, Vahid Adilov, Şahlar Göytürk və Təranə Şükürova çıxışlarında belə bir cəhəti vurğulayıblar ki, Q.Məhərrəmlinin zəngin jurnalist yaradıcılığı, səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, yenilik hissi, fəal vətəndaş mövqeyi çoxları üçün, sözün həqiqi mənasında, parlaq nümunədir.
Sonda çıxış edən professor Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin problemlərin həllində dilçi alimlərin vəzifələrindən və rəhbərlik etdiyi Monitorinq şöbəsinin fəaliyyətindən bəhs edib. Yubilyar göstərdikləri diqqətə və əməyinə verdikləri qiymətə görə dilçi həmkarlarına və institut rəhbərliyinə minnətdarlığını bildirib.

Dilçilik İnstitutunun Mətbubat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.