Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

1.12.2014

Elmi Şuranın növbəti iclası keçirilmişdir

İclasın gündəliyinə aşağıdakı məsələlər qoyulmuşdur.
1. Elmi katibin təyinatı ilə bağlı məsələ.
2. Şöbələrin illik hesabatlarının dinlənilməsi.
3. 2014-cü ilin elmi-tədqiqat işlərinin yoxlanılması ilə əlaqədar komissiya tərkibinin yaradılması və müddətinin təyin edilməsi.
4. Elmi səfərdə olmuş əməkdaşların hesabatları (Müasir Azərbaycan dili şöbəsinin müdiri, fil.e.d., prof. İsmayıl Kazımov, Sosiolinqvistika və dil siyasəti şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Solmaz Süleymanova, Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d Aytən Bəylərovanın hesabatları)
5. Elmi Şuranın tərkibində dəyişikliklə bağlı məsələ.
6. Doktorluq imtahanları komissiyalarının təsdiqi.
7. Cari məsələlər:
a) fil.ü.f.d., dos. Kəmalə Şamil qızı Əhmədovanın “Çoxkomponentli mürəkkəb cümlələr (Müasir Azərbaycan dili materialları əsasında)” (elmi redaktor: fil.ü.f.d.,dos. Q.H.Cəfərov, rəyçilər: fil.ü.f.d.,dos. N.M. Hacıyeva və fil.ü.f.d. İ.S.Salehova) adlı əsərinin çapa təqdim edilməsi barədə (Müasir Azərbaycan dili şöbəsinin təqdima- tında).
b) Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, fil.e.d. İlhami Yusif oğlu Cəfərsoyun “Aran müdrikləri: Misir heroqliflərinin və Finikiya əlifbasının yaradıcıları” adlı məqaləsinin AMEA-nın Xəbərlərində (Humanitar elmlər seriyası)çapa təqdim edilməsi barədə.
Elmi Şuranı giriş sözü ilə Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev açdı. Sonra şöbələrin 2014-cü il üçün hesabatı dinlənildi.
Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova 2014-cü ilin hesabatı üçün çıxışında qeyd elədi ki, “İzahlı terminlər lüğəti” üzərində işlər gedir. Şöbə ilə birlikdə Terminologiya Komissiyasının işlərini görürük. Bir nəfər doktorantın isə dissertasiya işi müzakirə olunub.
“Türk dilləri”nin illik hasabatı haqqında şöbə müdiri dosent Qətibə Mahmudova məlumat verdi. Qeyd elədi ki, şöbədə semantika sahəsi üzrə mövzular plan işi kimi işlənilir. Həmçinin türk dilləri üzrə müqayisəli lüğətlər də yazılır. Şöbə əməkdaşlarından 10 nəfər Beynəlxalq konfransda iştirak edib. Cəmi 45 çap işi olmuşdur. Şöbənin böyük elmi işçisi Ruslan Abdullayevin doktorluq mövzusu təsdiq edilmişdir. Bir nəfər kişik elmi işçinin – Şəbnəm Həsənlinin dissertasiya mövzusu isə müzakirə olunmuşdur.
“Müasir Azərbaycan dili” şöbəsinin hesabatı haqqında professor İsmayıl Kazımov məlumat verdi. Qeyd elədi ki, “Azərbaycan dilinin onomastik sisteminin semantikası” adlı plan işi üzərində tədqiqat işləri başa çatıb. Şöbə əməkdaşlarının 4 kitabı çap olunub.
“Dil tarixi və dialektologiya” şöbəsinin hesabatı haqqında məlumat şöbə müdiri Teyyub Quliyev bildirdi ki, il ərzində əməkdaşların 3 kitabı, 2 dərsliyi və 50 məqaləsi çap olunub. Bu məqalələrdən on ikisi xaricdə nəşr olunub.
Professor Oruc Musayev isə “Hind –Avropa dilləri” şöbəsinin elmi hesabatı haqqında öz məlumatını verdi.
“Dil nəzəriyyəsi” şöbəsinin müdiri Etibar İnanc çıxışında bildirdi ki, nəzəri dilçilik istiqaməti üzrə işlər gedir.
“Tətbiqi dilçilik” şöbəsinin müdiri professor İsmayıl Məmmədov çıxışında bildirdi ki, bu il “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olundu. “Azərbaycan dilinin izahlı lüğəti” üzərində iş gedir. Lüğətin yenidən nəşri çapa hazırlanır.
Professor Qulu Məhərrəmli rəhbərlik etdiyi “Monitorinq” şöbəsinin işləri haqqında məlumat verdi. Qeyd elədi ki, “Məktəblilərin alınma sözləri” adlı lüğəti çap olunub. Hazırda Bakıda üç rayon (Nərimanov, Səbail və Nəsimi) ərazisində iaşə, küçə adları üzərində monitorinqlər gedir. Bərdə rayonu ərazisindəki iaşə adlarının da monitorinqləri başlanılıb.
MTRŞ ilə birgə apardığımız “Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” adlı monitorinqlər keçən ay başa çatıb. Hesabat çap olunub. MTRŞ ilə Dilçilik İnsititunun birgə məşğələləri təşkil olunacaq. Dərslər MTRŞ-nın binasında keçiriləcək.
“Xəbər” və “xəbərdən törəmə” verilişlər üzərində monitorinqlər davam edir.
Yanvardan qaynar xətt işə salınacaq.
Həmçinin KİV-nin dilində işlənən yeni sözlərin lüğəti də çap olunacaq.
“Qədim dillər və mədəniyyətlər” şöbəsinin 2014-cü il üçün hasabatını filologiya elmləri doktoru İlhami Cəfərsoy təqdim etdi.
“Sosiolinqvistika və dil siyasəti” şöbəsinin illik hesabatından bəhs edən şöbə müdiri Mayıl Əskərov isə qeyd elədi ki, növbəti ildən etnik qrupların dili üzərində və psixolinqvistika sahəsində tədqiqat işlərinə başlayacağıq.

“Türkologiya” jurnalının illik hesabatı haqqında Solmaz Süleymanova bəhs etdi. O bildirdi ki, 2014-cü ildə jurnalın 2 nömərsi çap olunub. Üçüncü nömrəsi isə çapa hazırlanır.
Sonra 2014-cü ildə bütün şöbələr üzrə plan işlərinin yoxlanması üzrə yoxlayıcı komissiya yaradıldı. Aşağıdakı şəxslər komissiyaya üzv seçildi.
1. Filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva
2. Filologiya elmləri doktoru İlham Tahirov
3. Professor Qara Məşədiyev
4. Filologiya elmləri doktoru Zemfira Əliyeva
5. Filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürova
Sonda Beynəlxalq konfranslarda çıxış etmiş professor İsmayıl Kazımovun, dosent Solmaz Süleymanovanın və dosent Aytən Bəylərovanın məruzaələri dinlənildi.
Fil.ü.f.d., dos. Kəmalə Şamil qızı Əhmədovanın “Çoxkomponentli mürəkkəb cümlələr (Müasir Azərbaycan dili materialları əsasında)” kitabı çapa məsləhət bilindi.
Elmi Şuranın tərkibinə dəyişikliklər edildi. Dosent Təranə Şükürova və Aynur Qədimalıyeva elmi şuraya üzv seçildi.
Sonda elmi şura öz işini bitmiş elan etdi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.