Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

1.12.2014

Türkiyə Cümhuriyyətinin İzmir şəhərinə elmi ezamiyyətinin
HESABATI

AMEANəsimi adına Dilçilik İnstitutuMüasir Azərbaycan dili şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent AytənMüslüm qızı Bəylərovanın Türkiyə Cümhuriyyətinin İzmir şəhərinə elmi ezamiyyətinin HESABATI

2014-сü iloktyabr ayının 15-dən-17-dək Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universiteti, Buca Təhsil Fakültəsi, Xarici Dillər TədrisiKafedrası, İngilis Dili TədrisiBölməsitərəfindən 14.Uluslararası Dil, Yazın ve Deyişbilim Simpoziumukeçirildi. Həmin simpoziumda Azərbaycandan 4 nəfər iştirak edirdi. Onlardan üçü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun (fil.ü.e.d., prof. Roza Eyvazova, fil.ü.f.d., dos. Aytən Bəylərova və dissertant Sevinc Səfərova), biri isə Şərqşünaslıq İnstitutunun əməkdaşı (fil.ü.e.d. Şəfəq Əlibəyli. “Füzulinin farsca divanının üslubi özellikleri”) idi.
Dilçilik İnstitundan iştirak edənlər aşağıdakı mövzularda məruzələrlə çıxış etdilər:
1. Fil.ü.e.d., prof. Roza Eyvazova. “XV. yüzyıl edibi Kişverinin eserlerinde dil ve deyişbilm özellikleri”.
2. Fil.ü.f.d., dos. Aytən Bəylərova. “Konnotasyonun tezahür formları ve bileşenleri”.
3. Dissertant Sevinc Səfərova: “Eski türk destanları ve Köroğlu”.
Simpoziuma Türkiyə, Azərbaycan, Qırğızıstan, İran İslam Respublikası, Gürcüstan, Polşa, Litva, Yuqoslaviya, Kanada, İtaliya, Koreya, Tayland, Böyük Britaniya, Pakistan və Hindistandan, Rusiyanın bir çox şəhərlərindən alim, doktorant və magistrantlar dəvət olunmuşdu.
Simpozium çərçivəsində 3 gün ərzində 10 seksiya fəaliyyət göstərdi və 120 nəfər məruzə ilə çıxış etdi. Bunlardan 36-sı türk, 84-ü ingilis dilində olmaqla, dil, üslubiyyat və ədəbiyyatla bağlı müxtəlif mövzularda, o cümlədən, müasir qadın şairlərin şeirlərində feminizm (ingilis dilində), “Heydər babaya salam” şeirində Azərbaycan türklərinin mədəni əlaqələrinin araşdırılması, “Qapının dili” kimi maraqlı məruzələr dinlənilidi və müzakirə edildi. Böyük Britaniyada yerləşən Stirlinq Universitetinin professoru Con Dreykakis və Niderland krallığının Utrext şəhərində yerləşən Utrext Universitetinin professoru Maykl Burksimpoziumda dəvətli çıxışçılar kimi məruzə etdilər.
Bundan başqa, bədii hissə də təşkil edilmişdi ki, orada türk xalq rəqsləri və uşaq rəqsləri nümayiş etdirildi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.