Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

12.11.2014

AZƏRBAYCANDA İLK DƏFƏ BAKI ELM FESTİVALI KEÇİRİLDİ

Azərbaycanda ilk dəfə Bakı Elm Festivalı keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın əsas binasında baş tutub. Bakı Şəhər İcra Hakimiyyəti, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in sponsoru olduğu festivalı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu qeyd edib. Bildirib ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. Eyni zamanda, Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan AMEA rəhbəri festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb.
Akademik Akif Əlizadə çıxışında qeyd elədi ki, bu gün həm də Ümumdünya Elm günüdür. Bu da festivalın elmi əhəmiyyətini artırır. Elm festivalının məqsədi gəncləri elmə yönəltməkdir. Fəal gənclik Azərbaycan elminin gələcəyinə yön götürür. Elm öz gücünü bütün sahələrdə göstərir. Təbiət, kainat bölünməz olduğu kimi elm də bölünməzdir.
Sonra çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında fikirlərini bölüşüblər. Natiqlər sözügedən festivalın Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğinə böyük bir tövhə olduğunu qeyd ediblər. layihədə çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev, direktor müavini professor Məhəbbət Mirzəliyeva İnformasiya Resursları Mərkəzində təşkil edilən sərgidə də iştirak ediblər. Sərgidə Dilçilik İnstitutunun alimlərinin əsərləri- kitabları nümayiş etdirilib. Həmçinin dilçi alimlər sərgidə iştirak edib, xatirə şəkli çəkdiriblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.