Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

17.10.2014

AMEA-nın Dilçilik İnstitutu Mətbuat konfransı keçirib

AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutu
PRESS-RELİZ

16.10.2014 AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu İnformasiya Resursları Mərkəzində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən aparılan monitorinqlərlə bağlı mətbuat konfransı keçirdib.
Mətbuat konfransını giriş sözü ilə institutun direktoru, akademik Tofiq Hacıyev açaraq, gələn həftə Bakıda keçiriləcək Birinci “Sələflər və xələflər” beynəlxalq simpoziumu haqqında jurnalistlərə məlumat verib. O, qeyd edib ki, müasir dilçiliyin problemlərinin müzakirə olunacağı bu beynəlxalq elmi məclisə dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə dəvət olunub. T.Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən də söz açıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.
Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının izahedici vərəqələrin dilinin monitorinqinin ilkin mərhələsinin yekunlaşdığını, hazırda isə Bakı şəhərində — Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verib.
Daha sonra institutun aparıcı elmi işçisi Şahlar Məmmədov və böyük elmi işçi Zamiq Təhməzov dərman preparatlarında izahedici vərəqlərin və teleradio verilişlərin dili üzərində aparılan monitorinqlərin ilkin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışıblar.
Sonda mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.