Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

17.10.2014

Məhəbbət xanım Mirzəliyeva, ad gününüzü təbrik edirik!

Elmə vurğun ömür

Deyirlər nəsillərin əlaqəsi kəsiləndə tarixin yükü ağırlaşır. Sevindirici haldır ki, bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda sələflər və xələflər arasında mehriban dostluq, ziyalılıq əlaqəsi var. Mən də məqaləmdə Sələfimiz filologiya elmləri doktoru Məhəbbət xanım Mirzəliyevadan bəhs etmək istəyirəm. Bu gün onun 65 yaşı tamam olur. Həyat və sənət qrammatikasında büllurlaşan 65 yaş. Elə burada Ağamusa Axundovun bir şeirini xatırlamaq istəyərdim.
Mən hələ yaşayacagam,
Yaşadigim qədər
Neçə-neçə illər,
Çünki mən zamanın möhnətini
Yaşayıb atmamışam!
Gecə zaman mürgüləyəndə
Mən yatmamışam.
Özüm qazanmışam bu ömrü
Özüm!
Bəli, Məhəbbət xanım da bu ömrü yuxusuz gecələrin, ağır elmi zəhmətin sayəsində qazanıb. Ömür dediyin də bax budur.
İnsana ömür payı ona görə verilmir ki, özün üçün yaşayasan. Ömür həm də onun üçündür ki, başqalarını yaşadasan. Məhəbbət xanım da yaşatdı, həm əməllərində, həm də qələmində. Qələmində sələflərini, əməllərində isə xeyirxahlığını. O, bütün elmi fəaliyyəti müddətində yaxşılıq etmək missiyasından kənarda qala bilmədi. Gənc dilçi alimlərin problemlərini vaxtında duya bilmiş, onların həllini müəyyənləşdirməyi bacarmışdır. Bütün bunlar bu gün biz gənclərin xatirəsində bir istiqamətə köklənir- yadlaşmayan ünvana. Çünki bizim yaddaşımız unutmaq tərbiyəsi almayıbdır.
Məhəbbət xanım haqqında söz demək üçün gərək onun ömür səhifəsini vərəqləyəsən. Türkoloq M.Mirzəliyeva bir çox kitabların və məqalələrin müəllifidir. Onlarla doktorantların filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün elmi rəhbəri olmuş, hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda direktor müavini vəzifəsində çalışır. Zamanın müəyyən etdiyi və bir çox sənətkarların şəxsində əyaniləşdirdiyi bir həqiqət var: o yaradıcılıq yadlaşmayan və yaşayan irsə dönür ki, bu irsin sabaha boylanan üzü zamanla yol yoldaşı olur.
Siz də öz yolunu seçən, bu yolla irəliləyən insanlardan biri oldunuz. Gəncləri də hər zaman düz yola, obyektiv və ədalətli yola səslədiniz.
Məhəbbət xanım, 65 yaş yaxşı yaşdır, amma çox yaş deyil. Arzu edirik bu rəqəm riyazi silsilə üzrə artsın. Uzun ömür Allahın əta etdiyi bir nemətdir, heç nə ilə müqayisəyə gələ bilməz. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

AMEA-nın Dilçilik İnstitutunun mətbuat katibiTəranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.