Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.12.2019

HACƏTTƏPƏ UNİVERSİTETİNDƏ “AZƏRBAYCAN DİLİ: DÜNƏN VƏ BU GÜN” MÖVZUSUNDA ELMİ SEMİNAR

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Dilçilik 07-12 dekabr 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində elmi ezamiyyətdə olmuşdur. Akademik Möhsün Nağısoylu ezamiyyət müddətində Türkiyənin məşhur təhsil ocaqlarından olan Hacəttəpə Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbə və müəllim heyəti üçün təşkil olunan seminarda “Azərbaycan dili: dünən və bu gün” və “Müstəqillik illərində Azərbaycanda ədəbi dilin üslublarının zənginləşmə yolları” mövzularında məruzə etmişdir. Məruzələr müasir türk dillərini, xüsusən də Azərbaycan dilini öyrənən tələbələr tərəfindən maraqla qarşılanmışdır. Müzakirə şəraitində davam edən seminarda akademik M.Nağısoylu tələbələrin çoxsaylı suallarını cavablandırmış, Dilçilik İnstitutunun fəaliyyət planı, görüləcək işlər haqqında məlumat vermişdir.


Ezamiyyət çərçivəsində akademik Möhsün Nağısoylu həmçinin Türkiyənin tanınmış dilçi alimləri ilə görüşmüş, Türk Dil Qurumunda olmuş, qurumun başqanı professor Gürer Gülsevinlə fikir mübadiləsi etmiş, hər iki qurumun gələcək əmakdaşlığına dair müzakirələr aparmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.