Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

28.8.2014

AZƏRBAYCAN VƏ BOLQARISTAN ELMLƏR AKADEMİYALARININ ELMİ TƏDQİQAT İNSTİTUTLARI ARASINDA “ÇƏRÇİVƏ MÜQAVİLƏSİ” İMZALANDI

2014cü il iyul ayının 14də Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının Lyubomir Andreyçin adına Bolqar dili İnstitutu arasında “Qarşılıqlı əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında çərçivə müqaviləsi” imzalanmışdır. Azərbaycan tərəfindən müqaviləni İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev, Bolqarıstan tərəfindən isə L.Andreyçin adına Bolqar dili İnstitutunun direktoru filologiya elmləri namizədi, professor Svetla Koyeva imzalamışlar. Müqavilə tərəflərin imzaladıqları andan qüvvəyə minmişdir.
Müqavilə çərçivəsində tərəflər birgə tədqiqatların aparılması sahəsində birbirinə yardım edilməsi, elmi kadrların mübadiləsi ilə bağlı razılaşmaya gəlmişlər. Müqavilədə İnstitutların uyğun strukturları arasında elmi materialların və araşdırmaların mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur. Müqavilənin xüsusi maddəsi elmi əsərlərin nəşri məsələsinə aiddir (buraya birgə nəşrlərin capı da daxildir). İldə bir dəfə cari layihələrin nəticələrinə həsr olunmuş elmi sesiya və seminarların və layihə başa çatdıqda isə yekün konfransların, simpoziumların təşkili nəzərdə tutulur.
Akademik layihələrin və həmçinin kadr mübadiləsi məsələlərinin büdcə təminatı hər ölkənin uyğun qanunvericiliyi ilə tənzimlənir və həmin İnstitutların büdcə resurslarından maliyyələşdirilir.
İmzalanmış “Çərçivə müqaviləsı” elmi müəssisələrə iki müəssisənin paralel strukturları arasında əməkdaşlıq haqqında istənilən konkret müqaviləni bağlamağa imkan yaradır.
Müqavilədə qeyd edilmişdir ki, birgə layihələrin gedişatında tədqiqatların nəticələri intellektual mülkiyyət hüquqları məsələlərinə təsir edərsə, tərəflər intellektual mülkiyyət hüquqları haqqında razılaşmaya gəlməlidirlər.
Hazırkı “Çərçivə müqaviləsi” beş il ərzində etibarlıdır. Ona əlavələr və dəyişikliklər hər iki təşkilatın səlahiyyətli nümayəndələrinin yazılı və ümumi razılıqları ilə edilə bilər. Müqavilənin vaxti başa çatdıqda tərəflərin qarşılıqlı razılığı ilə yenidən beş illik müddətə uzadıla bilər.
Tərəflərin ilkin müzakirələrinin gedişatında 20152017 illərdə birgə elmitədqiqat işlərinin layihələri haqqında razılaşma əldə edilmişdir. Birgə layihələr üçün “Azərbaycan və bolqar terminologiyasının inkişafında milli və beynəlmiləl tendensiyalar” eləcə də “Ənənələr və müasirlik arasında – nitq kommunikasiyası və mədəni kontekst” kimi mövzular təklif edilmişdir. Bu tədqiqat mövzularının carı ilin sentyabroktyabr aylarında İnstitutların Elmi Şuralarında müzakirəsi və təsdiqi nəzərdə tutulur.
Bolqarıstanda “Çərçivə müqaviləsinin” imzalanması mərasimində həmçinin Bakı Slavyan Universitetinin dosenti, Tərcümə laboratoriyasının aparıcı elmi işçisi Leyla Əliyeva və Bolqar dili İnstitutunin dosenti Zoya Barbolova da iştirak etmişlər. Solmaz Süleymanova və Leyla Əliveya Bolqar dili İnsitutunun şöbələri ilə taniş olmuşlar və bolqaristanlı həmkarlarına Azərbaycanla bağlı suvenirlər təqdim etmişlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.