Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

4.7.2014

Azərbaycan dilçiləri Hollandiyaya elmi səfərdən qayıtmışlar

2014-cü ilin 23-27 iyun tarixində Hollandiyanın Amsterdam şəhərinin Vrije Universitetində keçirilən “Türkiyə-Hollandiya münasibətlərinin 400 illiyi” beynəlxalq simpoziumunda İ.Nəsimi adına Dilçilik İnstitutunun dil tarixi və dialektologiya şöbəsinin aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları dosent Kübra Quliyeva və Aynur Qədimalıyeva da iştirak etmişlər. Dünyanın 10 ölkəsini təmsil edən 58 məruzəçi sırasında institutumuzu təmsil edən hər iki xanımın məruzələri maraqla dinlənilmişdir. K.Quliyevanın “Bir sıra qədim adət-ənənələrlə bağlı sözlərin etnolinqvistik təhlili”, A.Qədimalıyevanın “Qədim türk adət-ənənələrinin XV əsr abidələrində əksi” adlı məruzələri rəğbətlə qarşılanmışdır.
İki gün davam edən simpozium başa çatdıqdan sonra iştirakçılar Amsterdam, Uttrex, Rotterdam və Haaqa şəhərlərini gəzmiş, Vanqov muzeyində Madam Tussonun mum heykəllər sərgisini seyr etmişlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.