Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

21.6.2014

A.A.Şaxmatovun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Əməkdaşlarımız A.A.Şaxmatovun anadan olmasının 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmişlər

Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutu 03-05 iyun tarixində Rusiyanın Sankt-Peterburq şəhərində A.A.Şaxmatovun anadan olmasının 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunu bu konfransda Monitorinq şöbəsinin əməkdaşı N.Qaziyeva və Dil tarixi və dialektologiya şöbəsinin doktorantı İ.Qurbanova təmsil etmişlər.
3 gün davam edən konfransda Leninqrad dilçilik məktəbinin görkəmli simaları — akademik N.N.Kazanskiy, akademik A.M. Moldovan, Rusiya Elmlər Akadmiyasının müxbir üzvləri A.V. Bondarko və S.Q.İlyenko , müasir rusistikada etnolinqvistikanın əsasını qoyanlardan biri olan professor A.S. Gerd və başqaları iştirak etmişdir. Müxtəlif seksiyalarda müasir dilçiliyin aktual problemlərinin müzakirə edildiyi konfransda leksikoqrafiya sahəsində aparılan tədqiqatlar xüsusilə qızğın disputlara səbəb olmuşdur.

N.Qaziyeva “Наследие А.А.Шахматова и проблема диалектной вариативности в современной диалектологии» adlı məruzə ilə, İ.Qurbanova isə “Актуальность концепции А.А. Шахматова в изучении фонетических особенностей азербайджанских диалектов» adlı məruzə ilə çıxış etmişdir.
Konfransın işi A.A.Şaxmatovun qəbrinin ziyarəti ilə yekunlaşmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.