Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.09.2019

Dilçilik İnstitutunun direktoru beynəlxalq konfransda Azərbaycan lüğətçilik tarixindən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Kazan şəhərində Tatarıstan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu tərəfindən “XXI əsr türk dilçiliyi: leksikologiya və leksikoqrafiya” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

AMEA-dan AZƏRTAC -a bildirilib ki, konfransda Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzum Salahov tədbirin türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmli olduğunu vurğulayıb.

Tədbirin açılışında çıxış edən M.Nağısoylu türkdilli xalqların ortaq dəyərlərindən danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanlı alim, həmçinin IV bölmənin rəhbəri kimi konfransa sədrlik edib.

“Ortaçağ Azərbaycan lüğətçilik tarixinə bir baxış” mövzusunda məruzə ilə çıxış edən M.Nağısoylu Azərbaycan dilinin lüğətçilik tarixinin elmi və praktiki əhəmiyyətindən bəhs edib. Bildirib ki, lüğət hər bir xalqın mədəniyyətinin göstəricisidir. Orta əsrlər dövrünün lüğətləri bir sıra türk dillərinin fonetikası, qrammatikası və leksikası üzərində maraqlı və incə müşahidələrin qızıl xəzinəsidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.