Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

4.6.2014

Şöbə müdirlərinin seçkisi başa çatdı

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 30 may 2014cü il tarixli iclasında institutun 11 şöbəsi üzrə müdir seçkisi keçirilmişdir. İnstitutun direktoru AMEAnın müxbir üzvü, fil.ü.e.d.,prof. Tofiq Hacıyev Elmi Şura üzvlərinə bildirmişdir ki, 09 aprel 2014cü ildə verilmiş elan əsasında 11 yerə 14 ərizə daxil olmuşdur. Müsabiqə komissiyası namizədlərin sənədlərinin lazımi səviyyədə olduğunu qeyd etmiş və namizədlərin hər birinin seçkidə iştirakını məqsədəuyğun saymışdır. Lakin seçkidən öncə 2 iddiaçı öz namizədliyini geri götürmüş və seçkidə12 nəfər iştirak etməli olmuşdur.
Şöbə müdiri vəzifəsinə seçilmək istəyən hər bir namizəd gerçəkləşdirmək istədiyi perspektiv plan və layihələrlə bağlı fikir və düşüncələrini Elmi Şura üzvləri ilə paylaşmışdır.
Yüksək obyektivlik və şəffaflıq şəraitində keçən seçki nəticəsində fil.ü. e.d.,prof.İ.O.Məmmədli “Tətbiqi dilçilik”, fil.ü.e.d.,prof.Q.Məhərrəmli “Monitorinq”, fil.ü.e.d.,prof.S.A.Sadıqova “Terminologiya”, fil.ü.e.d.M.M.Mirzəliyeva “Müasir Azərbaycan dili”, fil.ü.e.d.,İ.Cəfərsoy “Qədim dillər və mədəniyyətlər”, fil.ü.e.d.K.A.Vəliyeva “Kompüter dilçiliyi”, fil.ü.f.d.,dos.M.B.Əsgərov “Sosiolinqvistika və dil siyasəti”, fil.ü.f.d.,dos.Q.Ç.Mahmudova “Türk dilləri”, fil.ü.f. d.,dos.T.A.Quliyev “Dil tarixi və dialektologiya” şöbələrinin müdiri vəzifəsinə seçilmişlər.
İddiaçı fil.ü.e.d.,prof.F.Y.Veysəlli tələb olunan səs sayını qazana bilmədiyindən “Nəzəri dilçilik” şöbəsinin müdiri vəzifəsi boş qalmışdır.
Hesablayıcı komissiyanın qərarını yekdilliklə təsdiq edən Elmi Şuranın iclasına prof.Tofiq Hacıyev yekun vuraraq, yeni seçilmiş şöbə müdirlərinə cansağlığı, Dilçilik İnstitutunun qarşısında duran vəzifələrin yerinə yetirilməsində, eləcə də ayrıayrı şöbələrin öhdəsinə düşən məsələlərin həllində, layiqli kadr potensialının yaradılmasında əzmkarlıq, iradə və prinsipiallıq, rəhbərlik edəcəkləri şöbələrə uğurlu fəaliyyət arzulamışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.