Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

28.5.2014

Birinci “Sələflər və Xələflər” beynəlxalq konfransı

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu
Azərbaycan Beynəlxalq Təhsil KompleksiAnadolu Dil və Kültür Mərkəzi Qafqaz Universiteti
Sizi Əli Bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileyləri şərəfinə
1-ci “SƏLƏFLƏR və XƏLƏFLƏR” Beynəlxalq Konfransına dəvət edir.

İki ildən bir həyata keçiriləcək “Sələflər və Xələflər” beynəlxaq konfransının əsas məqsədi türk dünyasının ünlü dilçilərini xatırlamaq və xatırlatmaqla, onların məşğul olduqları problemlərdən bəhs etməklə bu insanları yeni nəslə tanitmaq və bu unudulmaz şəxsiyyətlərin adı ilə türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçilərini Azərbaycanın paytaxtı Bakıda bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, gənclərə həmyaşıdları ilə ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq, mənsub olduqları xalqın, ölkənin elmini, mədəniyyətini, milli dəyərlərini dünyaya təqdim etmək fürsəti vermək, beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Şərəf və ləyaqət ünvanımız olan sələflərimizi ehtiramla yad edib, Türkün müqəddəs Tarixinə işıq salmaq elmin sabahının əsl təminatçıları – XXI əsr gəncliyinin mənəvi borcudur. Bu, həm də bu gün türk xalqlarının müstəqil dövlətlərə sahib olduğu bir dövrdə tarixi vəzifədir.
Belə bir möhtəşəm layihənin məhz Bakıda, 88 il bundan əvvəl I Türkoloji Qurul-tayın keçirildiyi şəhərdə, sovet dövründə türkoloji ənənələri ilə öncül mövqe qazanmış paytaxtımızda gerçəkləşdirilməsi həm də bizim öz sələflərimizə hörmət borcumuzdur.
150 illik yubileyi dövlət səviyyəsində keçirilən, Azərbaycanın müstəqillik tarixində imzası olan – Əlibəy Hüseynzadənin həyat və yaradıcılığının, ədəbi irsinin gənclər üçün önəm kəsb etdiyini nəzərə alaraq, müxtəlif problemlərlə yanaşı, üç günlük beynəlxalq konfransın bir günü ortaq tariximiz, dinimiz, mədəniyyətimiz və ortaq gələcəyimizi nü-mayiş etdirəcək “Əlibəy Hüseynzadə günü” olacaqdır.
Konfransda yad edəcəyimiz digər sələfimiz 105 illik yubileyini keçirməyə hazır-laşdığımız görkəmli türkoloq, əvəzsiz dialektoloq, unudulmaz müəllimimiz akademik M.Ş.Şirəliyev olacaqdır. Məhz onun uzun müddət rəhbərlik etdiyi İ.Nəsimi adına Dil-çilik İnstitutunda bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün varlığı ilə çarpışan Əlibəy Hüseynzadənin nurlu ideyalarının işığına toplaşmaq onların xatirəsini məhəb-bətlə yad etməkdir.
Türk dünyasının ağsaqqallarını və gənclərini birləşdirmək kimi müqəddəs amala xidmət edəcək bu beynəlxalq konfransda ortaq dil, ortaq tarixə sahıb olacaq böyük türk dünyası qurmaq, dünya elminə qovuşmaq arzusu ilə yaşayıb-yaradan, ürəyi tükçülük sevgisi ilə döyünən ünlü türkoloq-dilçilərimizlə, eləcə də istedadlı gənclərlə tanış olmaqdan böyük məmnunluq duyacağıq.

Konfransda görüşmək arzusu ilə,
Azərbaycan Milli Elmlər Akademiyası
İ.Nəsimi adına Dilçilik İnstitutunun
direktoru akademik Tofiq Hacıyev

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.