Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

23.5.2014

Gənc elmi işçilər mötəbər elmi məclisdə

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun sərəncamı və Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə 14-16 may 2014-cü ildə Aşqabad şəhərində Məhtimqulu Fərağinin 290 illiyinə həsr olunmuş «Məhtimqulu Fəraği və ümumbəşəri dəyərlər» adlı Beynəlxalq Konfrans keçirilmişdir. Bu konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun böyük elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Kamil Hüseynov və Ruslan Abdullayev də iştirak etmişlər.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi K.Hüseynov «Məhtimqulu Fərağinin poetik dünyası» adlı məruzə ilə çıxış edərək, şairin dilinin sadəliyi ilə daima xalqın yaddaşlarında əbədi həkk olunacağını qeyd etmiş, hər şeyi unutduran zamanın belə onun yaradıcılığının böyüklüyü qarşısında aciz olduğunu dilə gətirmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi R.Abdullayev «Məhtimqulu Fərağinin əsərlərində əxlaqi dəyərlər» adlı məruzə ilə çıxış etmişdir. O öz çıxışında Azərbaycan və Türkmənistanı ümumi tarixi köklər və mənəvi əxlaqi dəyərlər bağladığını qeyd edərək, Məhtimqulu Fərağinin şeirlərində əxlaqi dəyərlərin əsas yer tutduğunu və bu da cəmiyyətin formalaşmasında əsas olduğunu göstərmişdir. Müxtəlif zamanlarda müxtəlif dəyərlərə üstünlük veririk. Şan, şöhrət, mal, övlad və soy, gəlib keçicidir. Amma bəzi dəyərlər var ki, bunlar həmişə insanı başı uca edir — dürüstlük, vəfa və etibar, yaxşı yoldaş, səmimiyyət, cəsarət, gözəl əxlaq və nəzakətlilik. Məhtimqulunun dediyi kimi, “gəlin bunları mənimsəyək və heç vaxt unutmayaq».

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.