Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

22.5.2014

Dilçilik İnstitutunun gənc dilçiləri Çexiyada keçirilən beynəlxalq konfransda

Müasir dialektoloji araşdırmalar qloballaşan dünyada dialektlərin tədqiqinin bir neçə aspektdən aparılmasını vacib edir. Belə ki, qloballaşma şəraitində dialektlər yalnız ədəbi dilin təsirinə deyil, eləcə də beynəlxalq dillərin təsirinə məruz qalır. Ədəbi dil təhsil, kitab, qəzet, elmi-kütləvi jurnallar vasitəsilə dialektlərə təsir edir. Qloballaşma və kompüterləşmə şəraitində isə ingilis dilinin təsiri gündən-günə qüvvətlənir. Bölgələrdə orta məktəb şagirdlərinin öz şivəsində danışığı artıq faiz etibarı ilə aşağı düşür. Beləliklə, dialektlər yavaş-yavaş itirilmək təhlükəsi yaşayan qiymətli mirasa çevrilir. Hər bir etnosun tarixini və mədəniyyətini, eləcə də dilin tarixini yaşadan dialektlərin tədqiqi bu gün yeni üsul və yanaşma tələb edir. Sevindirici haldır ki, bu sahədə beynəlxaq konfraslar təşkil edilir.
Çexiya Respublikasının Opava şəhərində 31 mart–2 aprel 2014-cü il tarixində keçirilən “Mərkəzi Avropada geolinqvistika və dialektologiya” beynəlalq konfransında İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – aparıcı elmi işçilər Qüdsiyyə Qəmbərova, Nəzakət Qazızadə, eləcə də gənc tədqiqatçı, doktorant İlahə Qurbanova iştirak etmişlər.
Müasir dialektologiyanın, eləcə də geolinqvistika və etnoliknqvistikanın problemlərinə həsr olunmuş konfrans müxtəlif ölkələrdən olan dilçilərin nəzəri-praktik təcrübələrinin, qloballaşma və kompüterləşmə şəraitində dialektlərin tədqiqi və qorunması istiqamətində elmi–praktik üsulların işlənmə imkanlarının öyrənilmə məkanına çevrilmişdi.
3 gün davam edən konfransda ingilis, rus, polyak, çex, slovak, alman dillərində bir-birindən maraqlı və dəyərli məruzələr təqdim olunmuşdur. Konfransda çıxış edən Praqa universitenin professoru, Leninqrad dilçilik məktəbinin yetişdirməsi V. Blajekin məruzəsində bütün dillərin və dialektlərin qohumluq səviyyəsinin müəyyənləşməsində statistik hesablamalrın rolu xüsusi qeyd edilirdi. Leksik statistikaya geniş yer verən professorun tərtib etdiyi iri həcmli cədvəl də diqqət çəkirdi. Diskusiya zamanı Azərbaycan dilçilərinin türklərin Qafqaza gəlişi və türk dilinin arealda yayılması ilə bağlı fikirlər ətrafında professorla ingilis və rus dillərində maraqlı disput keçirilmişdir. Konfransda polyak, bolqar, slovak dialektoloqlarının məruzələri də maraqla dinlənilmişdir.
Bilinqvizm şəraitində dialektlər mövzusu konfransda çox aktual olmuşdur. Bu baxımdan gənc Azərbaycan dilçisi doktorant İlahə Qurbanovanın “Dialektlərdə etnolinqvistik əlamətlərin müəyyənləşməsində leksik statistikanın rolu”, fil.ü.fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Yunus Əmrə yaradıcılığı və dialektlər”, eləcə də və fil.ü.fəlsəfə doktoru, dosent Nəzakət Qazızadənin “Dialektlərdə gender məsələsi” adlı məruzələri maraqla qarşılanmışdır.
Konfransda aydın olmuşdur ki, müasir dialektologiyada ən öncül məsələlərdən biri də dialektoloji atlasların tərtibidir. Maraqlı faktdır ki, Cex dilinin atlası 6 cilddən ibarətdir, lakin bu istiqamətdə araşdırmalar bu gün də intensiv şəkildə davam etdirilir. Dialektoloji atlas yaradılmasında hələ sovet dövründə ilk imza atmış alimlərimizin yaradıcılıq ənənələrini bu gün gənclərin davam etdirməsi olduqca vacibdir.
Şübhəsiz ki, müxtəlif istiqamətli dialektoloji tədqiqatlara yol açan və bu sahədə dilçiləri yeni söz deməyə sövq edən bu beynəlxalq konfransın nəticələri AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun gənc dilçilərinin gələcək elmi yaradıcılığında aydın təcəssümünü tapacaqdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.