Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.04.2019

“Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada çapdan çıxıb.

İnstitutdan AZƏRTAC -a bildirilib ki, monoqrafiya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dilinin tədqiqinə həsr olunub. Müəllif Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji və leksik dialektizmləri tarixi-müqayisəli və dialektoloji aspektdə tədqiq edib. Tarixi-linqvistik faktların tədqiqindən belə bir nəticə çıxarıb ki, Nəsiminin dilində özünü göstərən dialekt faktlarının bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dil elementləri, digəri isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.

Əsərdən belə qənaətə gəlmək olur ki, XIV-XV əsr Azərbaycan ədəbi dilinin koyne əsasını Nəsiminin mənsub olduğu Şərq qrupu dialekt və şivələri təşkil edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.