Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.04.2019

“Afad Qurbanov və ümumi dilçilik” kitabının təqdimatı olub

Aprelin 19-da AMEA-nın Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat institutlarının birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Afad Qurbanovun anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Nəriman Seyidəliyevin “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb, görkəmli alimin dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, bütün dövrlərdə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki Afad Qurbanov dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməyib.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək vurğulayıb ki, Afad Qurbanovun AMEA-nın inkişafı tarixində müstəsna xidmətləri olub. Afad Qurbanov 40 ilə yaxın müddət ərzində bu elm müəssisəsi üçün tarixi işlər görüb, bir çox komissiya və müdafiə şuralarının üzvü və ya sədri olub.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Afad Qurbanov elmi fəaliyyəti çox geniş diapazona sahib alimlərimizdəndir. Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümumi dilçiliklə bağlı kitablar qəliz dildə yazılırdı. Lakin Afad Qurbanov yazdığı kitab və dərsliklərlə bu sahədə boşluqları aradan qaldırdı. N.Cəfərov deyib ki, dilçi alimin şah əsəri olan “Ümumi dilçilik” dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Afad Qurbanov Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkologiyanın inkişafına öz tarixi töhfəsini verib. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir.

Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Afad Qurbanovu Azərbaycan dilçilik elminin inkişafında öz elmi konsepsiyası olan alim kimi səciyyələndirib.

Daha sonra Nəriman Seyidəliyev, Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin dekanı, Afad Qurbanovun qızı Fidan Qurbanova və başqa alimlər çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıblar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.