Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

“Tuti Bikə” mükafatı yeni sahibinə təqdim edildi

24.1.2014

AMEA-nın Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Roza Eyvazova gənc alimlərin yetişdirilməsində, vətən və xalq qarşısında əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə “Tuti Bikə” mükafatına layiq görülmüşdür.
Yanvarın 24-də İ.Nəsimi adına Dilçilik İnstitutunda mükafatın təqdimat mərasimi keçirilmişdir.
İclası giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev açmışdır.
Roza Eyvazovanın həyat və yaradıcılığını yüksək dəyərləndirən institut rəhbəri ilk öncə Yazıçılar Birliyindən gələn qonaqları salamlayaraq, Azərbaycan dilini və dilçiliyini şərəfləndirən alimlərə göstərdikləri qayğı və diqqətə görə onlara dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə öz poeziya çələngindən həmkarlarına nümunələr təqdim edən Roza Eyvazovanın şeirləri xüsusi maraqla qarşılanmış və dinləyicilərin rəğbətini qazanmışdır.
Alimin həyat yoluna bir daha nəzər salınmışdır. Qeyd olunmuşdur ki, Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir.
1967-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində işləmiş R.Eyvazova hazırda baş elmi işçi vəzifəsində çalışır.
1996-cı ildən filologiya elmləri doktoru olan R.Eyvazova 150-dən çox əsərin, o cümlədən monoqrafiya, kitab və məqalələrin müəllifidir. O, «Dəricə-azərbaycanca lüğət», «Varlıq» dərgisində dilçilik məsələləri», «Azərbaycan və fars dillərində ismin kateqoriyaları», «Mənbələr əsasında qədim şərq dillərinin öyrənilməsi», «Azərbaycan dili İrandakı türk etnoslarının dili kontekstində», «Azərbaycan və fars dillərində felin quruluşca və mənaca növlərinin müqayisəli tədqiqi» və s. ilə bağlı araşdırmalar aparmışdır. Məqalələri həm respublika, həm də xaricdə çap edilmiş alim çoxsaylı beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, dəyərli məruzələrlə çıxış etmişdir.


Uzun illər səmərəli əmək fəaliyyətinə görə 1988-ci ildə «Əmək veteranı» medalı ilə, Azərbaycanda dilçilik elminin inkişafında xidmətlərinə görə və anadan olmasının 70 illiyi və 75 illiyi ilə əlaqədar 2008-ci və 2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanları ilə, 2012-ci ildə elm və mədəniyyət sahəsindəki layiqli xidmətlərinə görə Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutu tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Roza Eyvazova 2012-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında, Əfqanıstanda türk mənşəli toponimlərin, Şumerlərin tarixinin, Azərbaycan ərazisində azsaylı xalqların dillərinin tədqiqində olan səmərəli elmi fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, dilçilik elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif edilmişdir.
Roza Eyvazovaya bu gün təqdim olunan “Tuti Bikə” mükafatı da onun ömür səhifəsinə yazılan növbəti uğurlardandır.


Mükafatı laureata “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” ictimai birliyinin sədri Nüşabə Məmmədli təqdim etdi. O, Roza Eyvazovanın gəncliyə örnək olan həyat yolundan, vətənə, millətə, xalqa sədaqətlə xidmətindən bəhs edərək, belə şərəfli ömrün sahibi olan Azərbaycan qadınlarının ən yüksək mükafatlara layiq olduqlarını xüsusi vurğuladı və Roza xanıma yeni-yeni yaradıcılıq uğurları dilədi.
İnstitutun direktor müavini fil.ü.e.d. Məhəbbət Mirzəliyeva, şöbə müdiri professor İsmayıl Məmmədli, Gənc Alimlər Şurasının sədri dosent Sevinc Əliyeva və başqaları öz çıxışlarında Roza Eyvazovanın yüksək ixtisaslı kadrların yetişdirilməsində, türkologiya və şərqşünaslıq elminin inkişafında böyük xidmətlərini qeyd edərək, alimin elmi və bədii yaradıcılığını yüksək qiymətləndirdilər.
Tədbirin sonunda AMEA-nın müxbir üzvü, prof. T.Hacıyev Roza Eyvazova ilə birlikdə bütün kollektivə unudulmaz sevincli anlar yaşadan “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti”nə, onun sədri Nüşabə xanım Məmmədliyə, eləcə də bu sevinci qürurla paylaşan mərasim iştirakçılarına bir daha minnətdarlığını bildirərək, laureata uğurlar dilədi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.