Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.12.2018

Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Hacettepe Universitetində elmi ezamiyyətdə olmuşdur

2018-ci il 6-10 dekabr tarixlərində Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Müstəqillik illərində Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zən-ginləşməsində üslubların funksionallığının nəzəri əsasları: problemlər və perspektivlər” adlı elmi tədqiqat proqramına uyğun olaraq Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Hacettepe Universitetində elmi ezamiyyətdə olmuşdur. Baba Məhərrəmli Hacettepe Universitetinin Ədə-biyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün dekanı, professor Dilek Yalçın Çeliklə görüşmüş və onunla fikir mübadiləsi aparmış, Dilçilik İnstitutunda nəşr edilən kitabları universitetin kitabxanasına hədiyyə etmişdir.


Alim Türkiyədə üslubiyyatla bağlı aparılan araşdırmalarla tanış olmuşdur. Professor Dilek Yalçın Çelik bildirmişdir ki, Türkiyədə üslubiyyatla bağlı araşdırmalar əsasən ədəbiyyat səviyyəsindədir. Baba Məhərrəmli Azərbaycan dilçiliyində üslubiyyatla bağlı dilçilik aspektində fundamental araşdırmaların olduğunu professorun diqqətinə çatdırmış və qeyd etmişdir ki, respublikamızda bu sahədə artıq formalaşmış dilçilik məktəbi var. Daha sonra Baba Məhərrəmli həmin universitetin nəzdində yerləşən Sözlük Bilimi Uyqulama Mərkəzinin üzvləri ilə görüşmüşdür. Görüşdə Nəsimi adına Dilçilik İnstitutu ilə həmin mərkəzlə gələcəkdə qarşılıqlı əlaqələrin qurulması məsələləri müzakirə edilmişdir. Baba Məhərrəmli Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün müəllim və tələbələri qarşısında “Azərbaycanda müstəqillik dövründə poeziya dilinin və üslubunun inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.