Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.12.2018

AMEA-da "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimatı olub

Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun 3 cildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu kitab haqqında məlumat verib. Qeyd olunub ki, monoqrafiya 3 cilddən, 55 fəsil və yarımfəsildən, 1490 səhifədən ibarətdir. Birinci cilddə ümummilli lider Heydər Əliyevin nitqinin arxitektonikasına (nitqdə məntiqi ardıcıllıq, giriş və sonluqlar), nitqin ekspressivliyini yüksəldən elementlərə (nitqdə fəlsəfi fikirlər, səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, poetik çalarlar), eləcə də üslublara (elmi, publisistik, məişət, dini) xüsusi diqqət yetirilib. İkinci cilddə isə əsas və köməkçi nitq hissələrinin, sinonimlər və frazeoloji birləşmələrin üslubi imkanlarına diqqət yetirilib. Üçüncü cilddə isə ulu öndər Heydər Əliyevin nitqlərində etik və estetik mətnlər dilçilik nöqteyi-nəzərindən araşdırılıb. Müasir etikanın başlıca sahələri, hüquqi, iqtisadi, tibbi, ekoloji etikalar tədqiqat obyekti olub. Eləcə də bir sıra etik dəyərlər - ədalət, sədaqət, dostluq, cəsarət və s. ciddi araşdırılıb. Bu cilddə estetik dünyagörüşün formalaşmasında xüsusi əhəmiyyət kəsb edən gözəllik, faciə, komizm elementlərinə Ulu Öndərin şifahi, spontan nitqlərində diqqət yetirilib.

Tədbirdə digər çıxış edənlər də kitab haqqında fikirlərini bölüşüblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.