Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

13.12.2013

“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyinin təqdimatı keçirilmişdir

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu dəyərli toplu akademik Ağamusa Axundovun və AMEA-nın müxbir üzvi Kamal Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin ümumi redaktəsi ilə nəşr olunmuşdur.
Tədbirdə institutun direktoru, filologiya üzrə elmləri doktoru, professor Fəxrəddin Veysəlli bildirmişdir ki, bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan dilinin tərəqqisi naminə bütün ömrünü sərf edən böyük alimlərimizin yaradıcılığına işıq salan belə bir müntəxəbat istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərində nəşr olunmamışdır. Azərbaycan dilçilik elminin nadir incilərinin toplandığı bu kitab ilk növbədə dilçi alimlərimizin qazandıqları uğurları ehtiva edir.
Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişdir.

Böyük zəhmət hesabına başa gələn nəşrin birinci cildi Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri özündə əks etdirir. Bu cild “Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğarlıdan I Türkoloji Qurultaya qədər” adlanır. Kitabda Mahmud Kaşğarlı, Mirzə Kazım bəy, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu kimi məşhur alimlərimizin yaradıcılığından parçalar və ya fraqmentlər verilmişdir. Bu cilddə həmçinin I Türkoloji Qurultayın materiallarından seçmələr və qurultay haqqında alimlərimizin dəyərləndirmələri yer almışdır.
Nəşrin ikinci cildi “Azərbaycan dilçiliyi tarixi: I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədər” olan dövrü əhatə edir. Bu cilddə Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əliheydər Orucov və digər görkəmli dilçilərimizin əsərlərindən seçmələr verilmişdir.

“Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər” adlı üçüncü cilddə Ağamusa Axundov, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Aydın Ələkbərov, Yusif Seyidov, Musa Adilov, Əbdürrəhman Cavadov, Afad Qurbanov və digər müasir dilçilərimizin əsərləri işıq üzü görmüşdür.
Müntəxəbatda dilçi alimlərimiz haqqında məlumat verilmiş, dilçilərimizin elmə verdikləri töhfələrdən söz açılmış, seçmələrdə günümüzlə səsləşməyən fikirlərə dair şərhlər yer almışdır.
Tədbirdə çıxış edənlər kitabı dilçi alimlərimizin zəhmətinə verilən böyük qiymət kimi dəyərləndirmişlər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.