Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.10.2018

Professor Məsud Mahmudov şəxsi kitabxanasını Dilçilik İnstitutuna bağışlamışdır

AMEA Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov şəxsi kitabxanasını Dilçilik İnstitutuna bağışlamışdır. Bağışlanmış kitabxanada türk dillərinə, nəzəri dilçiliyə, o cümlədən Azərbycan dilinə aid çoxlu monoqrafiya, lüğət və dərs vəsaitləri vardır.
V.V. Radlovun 1811 – ci ildə Sankt - Peterburqda çap olunmuş “ Опыть словаря тюркских наречий “ əsəri( 8 cilddə), Lazar Budaqovun 1871 – ci ildə Sankt - Peterburqda nəşr olunmuş “Сравнительный словарь турецко – татарских наречий “ ( ərəb və fars ümumişlək sözləri və onların rus dilinə tərcüməsi daxil olmaqla – 2 cilddə), E. V. Sevortyanın müqayisəli tədqiqat təcrübəsi kimi səciyyələndirilən “ Аффиксы глаголообразования в азербайджанском языке “ əsəri( 1962 – ci ildə Moskvada Şərq ədəbiyyatı nəşriyyatında işıq üzü görmüşdür), A. N. Kononovun 1956 – cı ildə Leninqradda çap olunmuş “ Грамматика современного турецкого литературного языка “, 1960 –cı ildə Moskva – Leninqradda SSRİ EA nəşriyyatında çapdan çıxmış “ Грамматика современного узбекского литературного языка “ əsərləri və bir çox başqa görkəmli türkoloq – dilçilərin, eləcə də Azərbaycan dilçilərinin əsərləri təqdim olunan kitablar arasındadır.
İnstitut kitabxanasına verilmiş kitablar siyahısında rus – uyğur, rus – urdu, noqay – rus, başqırd – rus, rus – türkmən, tatar – rus, rus – özbək, rus – başqırd, rus – kumık, lak – rus, rus – ləzgi, rus – noqay, rus – kalmık, kumık – rus, rus – qaraçay – balkar, çuvaş – rus, rus – çex, yapon – rus, özbək – rus, fars – rus ikidilli lüğətləri, rus və başqa dillərin orfoqrafiya lüğətləri, Azərbaycanca – rusca – bosniyaca, bosniyaca – azərbaycanca – rusca lüğət, N. Vəliyevanın “ Azərbaycanca – ingiliscə - rusca frazeologiya lüğəti( iki cilddə), Azərbaycan dilinin izahlı lüğətlərinin birinci və ikinci nəşrləri və bir çox başqa lüğətlər vardır.
Ümumilikdə. Dilçilik İnstitutuna 442 kitab, 518 avtoreferat( dilçilik üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının avtoreferatları) bağışlanmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.