Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

5.12.2013

Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

26-27 noyabr 2013-cü ildə Polşanın Varşava şəhərində Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Konfransda İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları fil.ü.f.d.,dosent Vahid Adilov ""Kitabi-Dədə Qorqud"un mətn problemləri" mövzusunda və fil.ü.f.d.,dosent Aynur Qədimalıyeva isə "XV əsr Azərbaycan ədəbi dilinin inkişaf meyilləri" mövzusunda çıxış ediblər, onların məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinə həsr olunan beynəlxalq elmi konfransın hər il keçiriləcəyini və materialların çap olunacağını deyib. Artıq keçən il Azərbaycan-Polşa əlaqələrinin 540-cı ildönümünə həsr edilən I Beynəlxalq Varşava Konfransının materialları polyak dilinə tərcümə edilərək çap olunub.
"Materialy I konferencji naukoüej" adlanan topluda Dilçilik İnstitutunun direktoru prof. Fəxrəddin Veysəllinin "Rozwoj Azerbejdzanskiej lingwistyki w kontekscie Polsko-Azerbejdzanskich stosunkov", dosent Aynur Qədimalıyevanın "Leksykalno-semantyczne wlasciwosci wyrazow Tureckiego pochodzenia w Dywanie Afseheddina Hidayetullaha" və dosent Baba Məhərrəmlinin "O niektorych problemach w badaniach etymologicznych yezykov Tureckich" adlı məqalələri çap olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.