Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

25.11.2013

Qazaxıstanlı dilçilər ölkəmizin təcrübəsini öyrənirlər

Noyabrın 25-də AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan Təhsil və Elm Nazirliyinin A.Baytursunov adına Dilçilik İnstitutunun əməkdaşları ilə görüş keçirilib.
İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli qonaqları səmimi salamlayıb, başçılıq etdiyi institutun fəaliyyəti haqqında onlara bilgi verib.
Qonaqların gəlişi latın qrafikasına keçmək istəyən qardaş Qazaxıstan respublikasının bu sahədə Azərbaycanın təcrübəsini öyrənməsi ilə bağlıdır.

Yeddi nəfərdən ibarət nümayəndə heyətinə A.Baytursunov adına Dilçilik İnstitutunun şöbə müdiri, Beynəlxalq Qazax Dili Cəmiyyətinin prezidenti, akademik Vmırzak Aytbayev, həmin institutun şöbə müdiri, filologiya elmləri doktoru, prof. A.Jbanov, filologiya elmləri doktoru, prof. A.Jnasbəyov, adıçəkilən institutun direktoru, filologiya elmləri doktoru, prof. M.Malbakov və başqaları daxildirlər.
Görüşdə qazaxıstanlı dilçilər azərbaycanlı həmkarlarına dilçiliyə aid dəyərli ədəbiyyatlar hədiyyə ediblər.
Sonra qonaqlar İ.Nəsimi adına Dilçilik İnstitutunda şöbələrin fəaliyyəti ilə yaxından tanış olublar.
Qazaxıstanlı dilçilər həftənin sonuna kimi ölkəmizdə olacaqlar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.