Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

21.10.2013

AMEA Dilçilik İnstitutunun yeni strukturu təsdiq olunub

AMEA Rəyasət Heyətinin iclasında Nəsimi adına Dilçilik İnstitutunun yeni strukturu təsdiq olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulmuşdur.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla institutun yeni elmi-tədqiqat şöbələri və qurumları haqqında məlumat verib: “Yeni strukturda Müasir Azərbaycan dili, Azərbaycan dili tarixi və dialektologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik, Türk dilləri, Hind-Avropa dilləri, Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi və Monitorinq elmi-tədqiqat şöbələri yer alıb. Bundan əlavə, institutda elmi-yardımçı qurumlar sırasında “Türkologiya” və “Dilçilik İnstitutunun əsərləri” jurnallarının redaksiyaları da fəaliyyət göstərəcək”.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.