Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

12.9.2013

Dövlət Proqramının icrası ilə bağlı yaradılmış İşçi qrupun növbəti iclası keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupun növbəti iclası keçirildi.
İclasda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Televiziya və Radio Şurasının üzvləri və ölkənin aparıcı universitetlərinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Sərəncamın icrası ilə bağlı bir neçə iclas keçirildiyini vurğuladı. K.Abdullayev İşçi qrupun yarandığı vaxtdan bu günədək səmərəli fəaliyyətindən söz açdı, müxtəlif təşkilat nümayəndələri, cəmiyyət üzvləri ilə keçirilən iclaslar haqqında ətraflı məlumat verdi, sərəncamda nəzərdə tutulmuş məsələlərin tezliklə öz həllini tapacağına əminliyini ifadə etdi.
Tədbirdə çıxış edən İşçi qrupunun sədr müavini, professor Həbib Zərbəliyev hazırda KİV-də Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədi ilə monitorinqlər aparıldığını diqqətə çatdırdı. Bu monitorinqlərin sentyabr ayının 20-dək davam edəcəyini bildirdi. Qeyd etdi ki, hazırda nəticələr ümumiləşdirilir, tipik normaların pozulması halları müəyyənləşdirilir. O, nəticələr əldə olunduqdan sonra treninq hüquqlarının fəaliyyətə başlayacağını nəzərə çatdırdı.
Tədbirdə alim və dilçilərin müzakirə olunan məsələlərlə bağlı təklifləri səsləndirildi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.