Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

24.7.2013

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclası keçirildi

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirildi.
İclası giriş sözü ilə açan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin baş mütəxəssisi, İşçi qrupunun sədr müavini, filologiya üzrə elmlər dokroru professor Həbib Zərbəliyev müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
“Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi” məsələsi ilə bağlı çıxış edən Nəsimi adı¬na Dilçilik İnstitutunun direktor v.i.e., filologiya üzrə elmlər doktoru professor Fəxrəddin Veysəlli bildirdi ki, rəhbərlik etdiyi qurumun nəzdində “Müasir Azərbaycan dili”, “Nəzəri dilçilik”, “Tətbiqi və eksperimental dilçilik”, “Türk dilləri”, “Hind-Avropa dilçiliyi”, “Dil əlaqələri”, “Qədim dillər”, “Müasir Azərbaycan dilində gedən proseslər”, “Şərq, Qafqaz və aborigenlər”, “Kommunitiv və semionitiv” şöbələrinin yaradılması nəzərdə tutulur. İnstitutun maddi-texniki bazasının möhkəmləndirildiyini qeyd edən F.Veysəlli bu istiqamətdə görülən işlərin davam etdirildiyini nəzərə çatdırdı.

AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürova “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində özəl televiziyaların monitorinqinin nəticələri ilə bağlı çıxış edərək 6 televiziya kanalında bu ilin may-iyun aylarında aparılmış monitorinqlərin nəticələrini açıqladı. Bildirdi ki, televiziyalarda ədəbi dilin qorunmasındakı mövcud problemlərə hər zaman diqqət yönəldiləcək, monitorinqin aparılmasına maneə törədən KİV-lərə qarşı tədbirlər görüləcək. Televiziya kanallarında aparıcıların nitqində rast gəlinən nöqsanlara toxunan T.Şükürova dilin normalarının pozulması hallarının dilin inkişafına mənfi təsir göstərən amillərdən olduğunu vurğuladı.

Dövlət proqramının icrası üçün müvafiq bəndlər üzrə işçi qruplarının yaradılması, Dövlət Proqramının icrasına məsul qurumların fəaliyyət planlarının hazırlıq vəziyyəti, ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi məsələləri ilə bağlı çıxış edən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Dilmanc layihəsinin direktoru t.ü.f.d. Əbülfət Fətullayev, Təhsil Problemləri İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Qızqayıt Mustafayeva, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, filologiya üzrə elmlər doktoru Azad Məmmədov qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini irəli sürdülər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.