Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.10.2017

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi baş tutub

AMEA-nın Əsas binasında “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.

Tədbirdə müsabiqə komissiyanın sədr müavini, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu layihənin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən baş tutduğunu bildirib. Qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.

Sonra layihənin koordinatoru, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı çıxış edərək müsabiqənin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında keçirildiyini söyləyib. Qeyd edib ki, müsabiqəyə AMEA-nın müxtəlif institutlarından 140-a yaxın şəxs qeydiyyatdan keçib və onlardan son mərhələyə 60-ı təsdiqlənib.

Q.Vaqifqızı layihə çərçivəsində inşa və ifadələrin yazıldığını, dialekt sözlərin deyilməsi və izah edilməsi ilə bağlı müsahibənin keçirildiyini, həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanıldığını söyləyib.

Daha sonra klassik və müasir Azərbaycan poeziyasından seçmə şeir nümunələrinin deyilməsi ilə müsabiqənin sonuncu mərhələsi baş tutub.

Qeyd edək ki, komissiya üzvləri iştirakçıların fəaliyyətini 10 ballıq sistemlə qiymətləndirib. Yekunda müsabiqədə ən yüksək bal toplayan 3 nəfər pul mükafatı ilə təltif olunacaq.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.