Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
6.10.2017

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Cocuq Mərcanlı məktəbinin müəllimləri ilə görüşdə iştirak edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə alimlər, mütəxəssislər, jurnalistlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.


Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və digər çıxışçılar müəllimləri təbrik etmiş, dövlətin dil və təhsil siyasətinin prioritet istiqamətlərindən, şəxsiyyətin və savadlı nəslin formalaşmasında orta məktəbin rolu haqqında danışmış, Cocuq Mərcanlı əhalisində müeşahidə etdiyi ruh yüksəkliyini bütün vətənmizi üçün böyük məna kəsb etyini vurğulamış, şagirdlərlə maraqlı və səmimi şəraitdə söhbət etmişdir. Bilik Fondunun hədiyyə və sertifikatları, Mədəniyyət və İncəsənət Universiteti, Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivinin hədiyyələri ilə yanaşı, bir sıra alimlərin öz avtoqrafı ilə kənd məktəbinin kitabxanasına göndərdiyi kitablar da məktəb direktoru Zamin Həziyevə təqdim edilmişdir.


“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamının kənddə əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və bu fəaliyyətlərin digər ərazilərimizin işğaldan azad ediləcəyinə inamı artırdığını qeyd ediblər.


Görüşdə məktəbin direktoru Z.Həziyev, rayon təhsil şöbəsinin müdiri V.Həsənova, müəllim və şagird heyəti, kənd əhalisi göstərilən diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulamışlar.
Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusundaşeirlər söyləyib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xalq mahnıları ifa ediblər.


Nümayəndə heyəti Cocuq Mərcanlı məscidində sakinlərlə də görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2016-cı ildə elan olunmuş “Multikulturalizm ili” çərçivəsində ilk dəfə Heydər məscidində qılınan Vəhdət namazının mahiyyəti barədə fikir mübadiləsi aprılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.