Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

3.6.2013

Məhsəti Gəncəvi - 900

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərara əsasən 31 may tarixində Azərbaycan Respublikasındakı bütün elm ocaqlarında Məhsəti Gəncəvi yaradıcılığına həsr olunmuş tədbirlər keçirilib. Bununla bağlı İ.Nəsimi adına Dilçilik İnstitutunda da Məhsəti Gəncəvi yaradıcılığına həsr olunmuş toplantı düzənlənib.
Toplantını giriş sözüylə institutun direktoru Fəxrəddin Veysəlli açıb, tədbirin önəmi ilə bağlı düşüncələrini bölüşüb.
İnstitutun əməkdaşları Xədicə Heydərova, Zamiq Təhməzov və başqaları şairənin həyat və yaradıcılığı ilə bağlı çıxış ediblər.
Çıxışçılar Məhsəti Gəncəvinin təqribən 1089-cu ildə Gəncə şəhərində doğulduğunu, onun əsl adının Mənicə olduğunu, “Məhsəti” adını isə özünə ədəbi təxəllüs kimi götürdüyünü qeyd ediblər.
Böyük şairənin həyatı barədə bilgilər, əlyazma nüsxələri, Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan, XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürüldüyü də qeyd olunub.
Məhsəti Gəncəvi ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamışdır. Şairənin 200-dən artıq rübaisi məlumdur. Məhsəti Gəncəvinin yaradıcılığını dünyanın bir çox araşdırmaçıları öyrənirlər.
Toplantıda qeyd olunub ki, rubailərini farsca yazsa da, türk sözləri istifadə etməklə Məhsəti Gəncəvi özünün türk qızı olduğunu isbat etmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.