Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.10.2017

ELAN

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunur.
Müsabiqədə hazırda AMEA-da təhsil alan magistrant və doktorantlar iştirak edə bilər.
Müsabiqə çərçivəsində:
- “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim – varlığımdır” mövzularında inşa yazıları;
- klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeir dinlənilməsi;
- bir dəfə oxunmuş mətn əsasında ifadə yazıları;
- Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanılması;
- Azərbaycan dilində dialekt sözlərinin deyilməsi və izah edilməsi ilə bağlı müsahibə təşkil ediləcək.
Müsabiqənin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaq:
- I yer – 1 nəfər – 1500 manat;
- II yer – 2 nəfər – hər biri üçün 1200 manat;
- III yer – 3 nəfər – hər biri üçün 1000 manat.
Müsabiqədə iştirak etmək istəyənlər 10 oktyabr 2017-ci il tarixinədək iştirakçının qeydiyyat formasını (əlavə olunur) və şəxsiyyət vəsiqəsinin surətini AMEA-nın Dilçilik İnstitutunun (dilchi.tehsil@gmail.com) elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.
Tel.: (+994 12) 538 19 85

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.