Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

31.5.2013

“Heydər Əliyev: Azərbaycan dilçiliyi və Azərbaycan dili” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər Şurası 30 may 2013-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan dilçiliyi və Azərbaycan dili” mövzusunda elmi-nəzəri konfrans keçirib.
Konfransı giriş sözü ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli açaraq konfransın işinə və gənc alimlərə uğurlar diləyib.
Dövlətimizin himni səsləndirildikdən sonra konfrans işinə başlayıb. Konfransda müxtəlif elm və təhsil müəssisələrini təmsil edən gənc alimlər dilçiliyin müxtəlif istiqamətlərini əks etdirən maraqlı məruzələrlə çıxış etmişlər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən konfransda Aytən Hacıyeva “Biogenetikqanun: stadial təkamül ideyası və tipoloji modifikasiyalar haqqında”, Sevinc Əliyeva “Türkiyə türkcəsinin xarici dil kimi tədrisində leksik adekvatlıq faktoruna istinada dair”, Nəzakət Qaziyeva “Variantlılığın tipoloji təsnifi haqqında”, Elçin Məmmədov “Latın qrafikalı Azərbaycan əlifbası və “ə” qrafik işarəsi”, Vəfa Rəşidli “Sintaktik sinonimlik dil hadisəsi kimi”, Xədicə Heydərova “Terminologiya” termininin terminoloji variativlik aspektindən araşdırılması”, Şahnazxanım Şükürzadə “Nəsimi dilinin lüğət tərkibində isimlər”, Əfsanə Həziyeva “Tərcümə zamanı leksik vahidlərin yaradılmasında kalka yolu”, Sevinc Mənsimzadə “Bədii ədəbiyyat frazeoloji fondun zənginləşmə mənbəyidir”, Bəturə Əliyeva “Azərbaycan və italyan dillərində söz yaradıcılığı”, Sədaqət Cumalıyeva “Dildə sözün seqment təşkilinə dair”, Nətavan Abbasova “Fransız dilində sifətlər və onların Azərbaycan dilinə qrammatik transformasiyası”, Günel Bayramova “İtalyan dilindən Azərbaycan dilinə keçən bəzi omonim sözlərə dair”, Zülfiyyə Musavi “Bilinqvizm probleminin öyrənilməsinin psixolinqvistik əsasları”, Aynur Günəşli “Azərbaycan nağıllarında sintaktik paralelizm mətnyaradıcı faktor kimi” mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzələr bitdikdən sonra maraqlı müzakirə aparılmışdır.
Sonda konfransın təşkilatçısı – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər Şurasının sədri, fil.üz.f.d. S.N.Əliyeva iştirakçılara yeni nailiyyətlər arzulayaraq gələcəkdə ümumrespublika və beynəlxalq elmi-nəzəri konfransların təşkilinin planlaşdırıldığını qeyd edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.