Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
10.7.2017

“Azərbaycan dilinin etnonimlər lüğəti”

Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elmira Əhmədovanın “Azərbaycan dilinin etnonimlər lüğəti” adlı kitabı çap olunub.
Lüğətin redaktoru professor Qara Məşədiyev, rəyçilər: dosent Nərgiz Hacıyeva və dosent Təhminə İsmayılovadır.
Onomastikanın ən maraqlı, tədqiqi vacib və əhəmiyyətli sahələrdən birini təşkil edən Azərbaycan (türk) etnonimlər lüğəti ilk dəfədir ki, tərtib edilir. Lüğətdə Azərbaycan xalqının yaranma, formalaşma və inkişafında özünəməxsus yer tutan ən məşhur etnosların adları tarixi mənbələr üzrə toplanmış, onların semantik və struktur tipləri araşdırılmış, yaranma və meydana gəlmə tarixləri müəyyənləşdiril¬mişdir. Lüğətdə həmçinin Azərbaycan və o cümlədən türkdilli xalqların yaşadıqları ərazilərdə hansı toponimin hansı etnonimdən yarandığına aydınlıq gətirilmiş, onların yayılma areallarında da diqqət yetirilmişdir. Sadə dildə tərtib edilmiş bu lüğətdə 300-ə qədər etnonim haqqında izahlı məlumatlar verilmişdir. Mənaları tam açılmayan etnonimlər də lüğətdə öz əksini tapmışdır. Lüğətdən təhsilindən və savadından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları yararlana bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.