Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

31.5.2013

Ortaq türk əlifbasının hansı formada yaradılması ilə bağlı təkliflər açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli ortaq türk əlifbasının hansı formada yaradıla bilməsi ilə bağlı təkliflərini açıqlayıb.

F.Veysəlli Trend-ə bildirib ki, ortaq əlifbada neçə hərfin olacağını müəyyənləşdirmək çətin məsələdir. Ancaq ortaq türk əlifbasının yaradılması üçün latın qrafikalı əlifbadakı 26 qrafik işarədən istifadə etmək olar. Bunun üçün 2 yoldan - kombinasiya və diakritik işarələrdən istifadə etməklə ortaq türk əlifbası yaratmaq olar.

F.Veysəlli bildirib ki, Azərbaycan dilində "s" diakritik işarəsinə aşağıdan bir quyruq qoymaqla "ş", "c"yə quyruq qoymaqla "ç" edirik. Bu, diakritik işarə ilə hər hansı dilə məxsus olan saitin, samitin verilməsidir: "İkinci yol isə kombinasiyadır. İngilislər heç bir diakritik işarədən istifadə etmirlər. Latin əlifbasında olan 26 qrafik işarəni müxtəlif kombinasiyalar düzəltməklə işlədirlər. Məsələn, "ş"ni vermək üçün "sh"dən, "ç"ni vermək üçün "ch"dən istifadə edirlər. Əlifbanın yaradılmasında bu 2 yoldan başqa 3-cü yol yoxdur. Ayrıca bir işarə gətirilsə, bu, artıq calaq əlifba olacaq. Bu gün bizim əlifbamız calaqdır. Çünki "ə" latın qrafikalı əlifbada yoxdur".

İnstitutun direktor əvəzi bildirib ki, ortaq türk əlifbasının yaradılmasında çox ciddi problemlər var. Bunun üçün ciddi müzakirələr aparılmalı, hərflər bir-biri ilə uyğunlaşdırılmalıdır.

F.Veysəlli bildirib ki, Azərbaycan dilində "ə" hərfi var. Türklərin dilində "ə" saiti olsa da, onlar bu saitin işarəsini əlifbalarından çıxarıblar. Türklər 1926-cı ildə qəbul etdikləri qaydalara uyğun olaraq, tərkibində həm "ə", həm də "e" olan sözləri "e" ilə yazırlar. Buna görə də danışıqda "efendim" kimi yazdıqları sözü "əfəndim" kimi tələffüz edirlər.

Ancaq F.Veysəlli belə hesab edir ki, heç bir türdilli xalq öz dilindən imtina edərək vahid ortaq dil məsələsində güzəştə getməz. Çünki xalqın dili siyasi ambisiyalarla bağlıdır.

Ortaq dilin yaradılması məsələsinin yaxın zamanlarda öz həllini tapacağı qənaətində olmayan dilçi alim bildirib ki, əlifba dəyişilərkən "almanların, fransızların öz əlifbalarını 200 il ərzində dəyişmədiyi" barədə fikirlər deyilir. Ancaq əlifba müəyyən mənada dinamik dilin təzahürüdür. Buna görə də əlifba təkmilləşə bilər. Azərbaycan dilinin əlifbası üzərində də iş aparılmalıdır. Bu iş isə alimlər tərəfindən görülməlidir.

az.trend.az

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.