Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.5.2017

I Uluslararası Türk dili və ədəbiyyatı Bilgi Şöləni

2017-ci il, 12-14 may tarixlərində Türkiyənin Ərzrum şəhərində Atatürk Universiteti, Türkiyat Araşdırmaları İnstitutu və Atatürk Universiteti Sürekli Uyqulama və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə I Uluslararası Türk dili və ədəbiyyatı Bilgi Şöləni keçirilmişdir. Bilgi Şölənində müxtəlif ölkələrdən 200 nümayəndə iştirak etmişdir. Bilgi Şölənində Azərbaycandan Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli iştirak etmişdir. Baba Məhərrəmli “Əhməd Yəsəvinin “Divan-i hikmət” əsərində əski türk sözləri” mövzusunda çıxış etmişdir. Məruzə böyük maraqla qarşılanmışdır. 2017-ci il, 12-13 may tarixlərində Bilgi Şölənində 43 panel iclası keçirilmiş, Türk dillərinin ədəbiyyatı və dilləri ilə bağlı 200 məruzə dinlənilmişdir. Tədbirdə İstanbul Universitetinin professoru Muhammet Nur Doğanın “Klassik edebiyyat metinlerinin şahidliyinde: Şanlı bayrağımızın simvolları”, Qazi Universitetinin professoru İsmet Çetinin “Halk hekayelerinde erkek şahıs kadrosu”, Bilkent Universitetinin professoru Rasim Özyürekin “Slav dilleri türkçe öyretiminde qaşılaşılan problemler ve çözüm yolları”, Başkent Universitetinin professoru Abdurahman Güzelin “Avrupa Birliği ülkelerinde ikinci dil politikası ve türk çocuklarının devam ettikleri okullar ile aldıkları dersler” adlı məruzələr xüsusilə diqqəti cəlb etmişdir.
Qeyd edək ki, Ərzrum şəhərində yerləşən Atatürk Universiteti Türkiyə Respublikasının 6-cı ən böyük universiteti statusuna malikdir və həmin universitetdə 100 min tələbə təhsil alır. 14 may 2017-ci il tarixində tədbir iştirakçıları Ərzrumun tarixi yerləri ilə tanış olmuşlar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.