Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.4.2017

III Türk dili və ədəbiyyatı Qurultayı

“Keçmişdən gələcəyə türk lüğətçiliyi” Türkiyə, İstanbul, 19-21 aprel 2017

Aprelin 19-21-də Türkiyənin İstanbul şəhərində III Türk dili və ədəbiyyatı qurultayı keçirilib. Qeyd edək ki, qurultay 2 ildən bir olaraq İstanbul şəhərində keçirilir. Elginkan Vəqfinin təşkilatçılığı ilə keçirilən bu ilki beynəlxalq qurultayın mövzusu “Keçmişdən gələcəyə türk lüğətçiliyi”nə həsr olunub. Qurultayın ilk günü Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalının təşkilatçılığı ilə türk lüğətçiliyinin tarixini və Türkiyə lüğətçiliyi ənənəsini əks etdirən sərgi təşkil edilib. Sərgidə Mahmud Kaşğaridən başlayaraq bu günədək türk lüğətçiliyinin keçdiyi inkişaf yolu əks olunub.

III Türk dili və ədəbiyyatı qurultayında Azərbaycandan, Serbiyadan, Qazaxıstandan, Macarıstandan Türkiyənin müxtəlif universitetlərindən alimlər iştirak edib.
Qurultayda AMEA Nəsimi adına Dilçilik İnstitutunun üç nəfər alimi iştirak edib. AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Orta əsr türk lüğətçiliyi tarixinə bir baxış” mövzusunda məruzə edib. Həmçinin M.Nağısoylu Qurultayın Birinci bölməsinin sədri kimi iclasa rəhbərlik edib.

Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Qətibə Mahmudova “Azərbaycanda lüğətçilik tarixi və problemləri” , Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva “XX əsrin əvvəllərində Azərbaycanda sahə lüğətçiliyi və Əliağa Şıxlinski lüğəti” mövzusunda məruzələrlə çıxış edib.

Həmçinin Qurultayda Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin türk dili mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova “Çar Rusiyasında Osmanlı türkcəsinin öyrənilməsi zamanı lüğətlərin(glossary) və söz varlıqlarının xarakteristikası haqqında” adlı məruzə ilə çıxış edib.
Sonda Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın Azərbaycanı təmsil edən dilçi alimlərə konfransda iştirak etdikləri üçün öz təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.