Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
PREZİDENT SƏRƏNCAMININ İCRASI ÜÇÜN YARADILMIŞ QRUP KÜÇƏ REKLAMLARINI MÜZAKİRƏ EDİB
2012-07-20 - 17:10:00

İyul ayının 20-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” prezident sərəncamının icrası məqsədilə yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli “Media forum” saytına bildirib ki, iclasda işçi qrupunun üzvləri, alimlərlə yanaşı dövlət nümayəndələri, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova iştirak ediblər.

İclasda əsasən küçə reklamlarının vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Professor Fəxrəddin Veysəlli “Media forum”a açıqlamasında qeyd edib ki, dövlət proqramı bir neçə blokda - dilin elm və təhsil, kütləvi informasiya vasitələri, informasiya texnologiyaları, internetdə, idarəetmədə işlənməsi və dilçiliyin inkişafı istiqamətləri üzrə hazırlanır: “İşçi qrupunun iclasları da ardıcıllıqla həmin məsələlərin müzakirəsinə həsr olunur. Hər toplantıda müzakirə olunan sahə ilə əlaqədar şəxslər, dövlət qurumlarının nümayəndələri işə cəlb olunur, dindirilir, irəli sürülən təkliflər nəzərə alınır”.

Fəxrəddin Veysəlli nəzərə çatdırıb ki, işçi qrupunun növbəti iclaslarına kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrini də dəvət etmək planlaşdırılır: “Çünki dil bütün xalqa məxsusdur, bu sahədə həyata keçirilən müzakirələr, tədbirlər zamanı hər sahənin əməkdaşlarının işə cəlb edilməsi, fikrinin öyrənilməsi vacibdir. Bütün təkliflər dinləniləcək, təkmilləşdirilib təkliflər planına daxil ediləcək”.

İnstitutun direktoru rəhbərlik etdiyi qurumun hazırladığı təkliflər planı haqda da məlumat verib: “Təkliflər sırasında əsasən görkəmli dilçilərin külliyyatının çap edilməsi, daha dəyərli nümunələrin müxtəlif xarici dillərdə nəşri, eyni zamanda dünya dilçilik məktəbinin önəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi kimi məsələlər yer alıb.

Dilçilik İnstitutunda struktur dəyişikliklərinin aparılması, maddi-texniki bazanın yenilənməsi də təkliflər planına daxildir. O cümlədən Azərbaycan dilinin nəzəri qrammatikası çoxcildliyinin, müxtəlif çeşidli lüğətlərin, danışıq kitabçalarının, xaricdə yaşayan azərbaycanlılara ana dilini öyrətmək üçün elektron dərsliklərin hazırlanması da həlli vacib məsələlərə aid edilib. Dilçiliyin inkişafı üçün institutda psixodilçilik, sosiodilçilik, tətbiqi dilçilik kimi müxtəlif laboratoriyaların yaradılması da təklif olunub”.

Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamın icrası məqsədilə yaradılmış işçi qrupu iyulun 31-nə qədər öz təkliflərini hazırlayıb təqdim etməlidir.

İşçi qrupuna Milli Elmlər Akademiyasının, akademiyanın Naxçıvan bölməsi və Gəncə Regional Elmi Mərkəzinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri daxildir.

"Media forum"

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.