Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
4.1.2017

ZİRƏDDİN XASİYEV-80
ŞƏRƏFLİ ÖMÜR

28 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dialektoloq alim Zirəddin Xasiyevin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Təbdirdə millət vəkili Qənirə Paşayeva, ədəbiyyatşünas alim Qəzənfər Paşayev, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları və alimin ailə üzvləri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu dialektoloq Z.Xasıyevin həyat və yaradıcılığından bəhs edib. M.Nağısoylu bildirib ki, Z.Xasıyev Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsində elmi işçi, sonralar baş elmi işçi vəzifələrində çalışmışdır. 1976-cı ildə “Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Z.Xasiyev 1982- 1994-cü illərdə AMEA-nın Gəncə Elm Mərkəzində İctimai elmlər bölməsinin müdiri vəzifəsində çalışmış, gənc kadrların yetişməsində, elmi-tədqiqat işlərinin bölgənin tarixinin, ədəbiyyatının, folklorunun, dialektlərinin öyrənilməsi istiqamətlərində aparılmasına, eləcə də elmi topluların hazırlanması və nəşrinə böyük əmək sərf etmişdir. Alim bu illərdə bir çox elmi uğurlar qazansa da, pedaqoji fəaliyyətini də davam etdirmişdir.


İlk tədqiqatı dialektlərin leksikasına aiddir. Alim fəlsəfə doktoru dissertasiyasının mövzusu üçün yaşadığı bölgənin, yəni qərb şivələrində işlənən heyvandarlıq terminlərini seçmiş və tədqiqatını müvəffəqiyyətlə tamamla mışdır. Onun bu tədqiqatı 2005-ci ildə monoqrafiya şəklində çap olunmuşdur. Alimin elmi yaradıcılığının bir qolunu da toponimlərin tədqiqi təşkil edir. Bu sahəyə aid “Tovuzun toponim dünyası” monoqrafiyası iki dəfə (1997-2010) nəşr olunmuşdur.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında qeyd edib ki, Z.Xasiyev el-obada, işlədiyi kollektivdə və ailədə böyük nüfuz sahibi idi. Vətənimizə və xalqımıza layiqli üç övlad böyütmüşdü. Böyük oğlu Samir Xasiyev torpaqlarımızın və dövlətçilimizin qorunması uğrunda gedən döyüşlərlə şücaətlər göstərdi. İyirmi iki yaşında Azərbaycanın Milli Qəhrəmanı adını qazandı. Tanınmış alim, təcrübəli dialektoloq Z.Xasiyevin ömrünün 80-ci baharında qəflətən dünyasını dəyişməsi ailəsini, qohumlarını, dostlarını və həmkarlarını dərindən sarsıtdı. Zirəddin müəllim bundan sonra da onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.


Sonra çıxış edən professor Qəzənfər Paşayev Z.Xasiyevlə bağlı uşaqlıq xatirələrindən danışıb. Çıxışında alimin oğlu ilə bağlı həzin notlara da toxunub. Bildirib ki, Zirəddin müəllim oğlu Samirlə fəxr eləyir, hər gün abidəsini ziyarət etməklə təsəlli tapırdı. Tez-tez yuxalarında Samiri görür, onunla söhbətləşirdi. Günlərin birində də həmişəki kimi Samirin abidəsini ziyarət edəndən sonra bu həyata gözlərini əbədi yumdu. Elə bil ki, Samiri tək qoymamaq üçün onun olduğu dünyaya qovuşdu.
Azərbaycan dialektologiyası şöbəsinin müdiri dosent Kifayət İmamquliyeva iclasın yekun nitqində alimin elmi fəaliyyətini çox yüksək qiymətləndirib. Qeyd edib ki, Z.Xasiyev Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının hazırladığı dialektoloji əsərlərin həmmüəllifi olmuşdur. 2009-cu ildə çap olunan “Azərbaycan dilinin Dərbənd dialekti” monoqrafiyasının “Leksika” bölməsi alimin orijinal yaradıcılıq üslubunun məhsuludur.
Vurğulayıb ki, Zirəddin müəllim indi sıralarımızda olmasa da onun söhbətləri şöbədə tez-tez xatırlanır. Zirəddin müəllimin xatirəsi heç zaman unudulmayacaq. Daha sonra K.İmamquliyeva tədbir iştirakçılarına “Azərbaycan dilinin dialektologiyası”şöbəsinin hazırladığı “Şərəfli ömür.Zirəddin Xasiyev 80”kitabını təqdim edib.

Sonda Z.Xasıyevin həyat yoldaşı Gözəl xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.